Astaranın icra başçı yeni biznes qurub, Qəzənfər Ağayev dini turizmdən pul qazanır

img

21-07-2014 [12:00]


Astaranın icra başçısı Qəzənfər Ağayevin özünə yeni biznes qurub. İcra başçısı bu dəfə Naxçıvana turlar təşkil edir və Əshabi Kəhf ziyarətgahına ziyarətçilər göndərir. Özü də məcburi şəkildə.

MİA
xəbər veriri ki, bu barədə dia.az-a daxil olan məlumatda deyilir ki, icra başçısı bu addımı bir aya yaxındır atmağa başlayıb. Avtobusla təşkil olunan turlar isə 7 həftə çəkir və bunun üçün təkcə nəqliyyat xərci olaraq 100 manat alınır. Naxçıvanda qalmaq, yemək xərcləri isə şəxslərin özünə aiddir.

Qeyd olunur ki, həftədə bir dəfə təşkil olunan turlara isə icra başçısının müavini və təlimatçısı rəhbərlik edirlər. İlk olaraq büdcə təşkilatlarında işləyənlərin ora göndərildiyi deyilir. Ardından isə digərlərinin yola salınması nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA