Nazirin qohumu Oqtay Əsədov, Vasif Talıbov, deputat və məmurlara necə kələk gəlib? - Şok iddia

img

21-07-2014 [11:35]


Təqribən 10 ay əvvəl əlində olan 8 milyonla birlikdə Azərbaycanı tərk edən Elnur adlı şəxsin hazırda Rusiyada gizləndiyi iddia olunur.

Nazirin qohumunun külli miqdarda pul «atdığı» şirkətlərin içində Milli Məclisin sədri Oqtay Əsədovun, Naxçıvan MR-in Ali Məslisinin sədri Vasif Talıbovun və millət vəkili Elmira Axundovanının şirkətlərinin də olduğu bildirilir.

Səhiyyə naziri Oytay Şirəliyevin yaxın qohumu Elnur adlı şəxs ölkəinin tanınmış məmurlarının şirkətlərindən iri məbləğlər alaraq ölkəni tərk edib. Bu barədə PİA.AZ-a məlumat verən məlumatlı mənbənin bildirdiyinə görə, Oqtay Şirəliyevin qohumu ölkəyə dərman və tibb avadanlıqları gətirən şirkətlərlə çalışıb və bu sahədə Səhiyyə nazirinin inanınlmış adamı hesab olunub. Elnur adlı şəxsin bir çox şirkətlərlə nazirin adından danışıqlar aparıb və həmin danışıqlar nəticəsində bir sıra şirkətlərin ölkəyə gətirdikləri dərmanlar pereparatlarını və tibb avadanlıqlarını ölkəninin çox saylı tibb mərkəzlərində, xəstəxana, klinika və poliklinikalarına satmaqda vasitəçi rolu oynayıb.

Elnurun yaratdığı şəbəkədə isə «Azərsu» ASC-də yüksək vəzifə tutan və Oqtay Əsədovun «Azərsu» ASC-də ən yaxın adamlarından biri hesab olunan İlqar Tağıyev, (xarici sərmayələr üzrə müavin nəzərdə tutulmur), yenə də spiker Oqtay Əsədova bağlı olduğu iddia olunan «MNG» şirkətinin rəhbəri Ziya Vəliyev və millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun da adı hallanır. Həmçinin ölkəyə tibb avadanlığı gətirən Araş Medikal” MMC-nin, (bu şirkət sonradan ləğv olunub və şirkətin aktivləri əsasında "Arash Medical Company”-ni MMC şirkəti təsis olunub), rəhbəri Cavid Əsədovun da adı dolayısı ilə hallanır. Qeyd edək ki, Cavid Əsədov spiker Oqtay Əsədovun qardaşı oğludur.

Məlumatda göstərilir ki, Elnur yuxarıda adı keçən şəxslər vasitəsi ilə özünə bir xeyli karlı «müştərilər» toplaya bilib. Ən qəribəsi isə odur ki, Elnur həmçinin İlqar Tağıyevə, Ziya Vəliyevə və Həbib Axundova da külli miqdarda pul «ataraq» ölkəni tərk edib.


Yazıda adı keçən şəxslərin və qurumların mövqyeini dərc etməyə hazırıq…

pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA