Bakıda vəzifəli şəxsin qızını evində zorladılar

img

21-07-2014 [00:03]


Bakıda zorlama hadisəsi baş verib. MİA” xəbər verir ki, hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, hadisə Səbail rayonunda baş verib. Rayon sakini olan 1974-cü il təvəllüdlü Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) 8-ci Polis Bölməsinə müraciət edərək onunla birgə yaşayan qızının cinsi zorakılığa məruz qaldığını deyib. Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və zorla onunla cinsi əlaqədə olub. Erkin daha sonra evi tərk edib. T.Atamoğlanova evə qayıtdıqda qızı ona baş verənləri danışıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polisə şikayət edən qadın Səbail rayonundakı tədris müəssisələrindən birində rəhbər vəzifələrdən birində çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA