Ata 14 yaşlı oğlunu 50 yerdən bıçaqlayaraq öldürdü

img

20-07-2014 [18:33]


Bakının Qobu qəsəbəsində ata oğluna 50 bıçaq zərbəsi vuraraq öldürüb. Hadisə dünən axşam saat 20 radələrində baş verib.

MİA-nın Axar.az-a istinadən məlumatına görə, oğul qatili olan ata Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, 64-də yaşayan Eldəniz Kamal oğlu Məmmədovdur. Eldəniz Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Dünən axşam isə evə sərxoş gələrək evdə də içməyə başlayıb. Bu zaman oğlu İbrahim atası ilə mübahisə edib. Mübahisə zəminində Eldəniz Məmmədov 14 yaşlı oğlu İbrahimi 50 bıçaq zərbəsi ilə qətlə yetirib.

Xüsusi amansızlıqla oğlunu öldürən 1974-cü il təvəllüdlü Eldəniz Məmmədov həbs edilib və barəsində Abşeron Rayon Prokurorluğunda CM-nin 122.4-cü maddəsi ilə cinayət işi açılıb


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA