Metropoliten rəisi kadr dəyişikliyi etdi, Zaur Hüseynov müavinini aşağı vəzifəyə keçirdi

img

20-07-2014 [18:30]


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmr imzalayıb.

MİA-nın Modern.az saytına istinadən məlumatına görə, Bakı metropoliteninin rəis müavini Rizvan Fərmayıl oğlu Bayramov tutduğu vəzifədən azad edilərək, aşağı posta – xidmət rəisi vəzifəsinə təyin edilib.

Məlumatı "Bakı Metropoliteni" QSC-dən təsdiqləyiblər. Bildirilib ki, Rizvan Bayramov bundan sonra Bakı metropolitenində tunel qurğuları xidmətinin rəsi vəzifəsini icra edəcək. İndiyədək bu xidmətin rəisi postunu tutan Natiq Mustafayev isə rəis müavini vəzifəsinə endirilib.

Qeyd edək ki, eks-rəis Tağı Əhmədovun dövründə inşaat işləri üzrə rəis müavini vəzivəsinə yüksələn Rizvan Bayramov Bakı metropolitenində əmək fəaliyyatinə 1998-ci ildə başlayıb. 2004-2012-ci illərdə Bakı metropoliteninin tunel qurguları xidmətinin rəisi vəzifəsində çalışıb. 2013-cü il yanvarın 1-dən Bakı Metropoliteni rəisinin müavini vəzifəsinə təyin edilmişdi


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA