Əli İnsanov generallara yenə uduzdu – 100 minlik qalmaqal (ÖZƏL)

img

19-07-2014 [18:56]


Sabiq səhiyyə naziri Əli İnsanov yeni məhkəmə savaşından da məğlub ayrılıb.

 Mia.az-a daxil olan məlumata görə, sabiq nazir ədliyyə naziri, general Fikrət Məmmədovla Pentensiar Xidmətinin rəisi, general Mədət Quliyevə qarşı şikayətinə ötən gün Bakı Apelyyasiya Məhkəməsində baxılıb. Hakim Elmira Nağıyevanın sabiq nazirin bir neçə tələbdən ibarət olan şikayəti üzrə verilən qərar isə müsbət olmayıb: "Hakim Elmira Nağıyeva 2 sayıl Bakı İnzibati-İqtisadi Məhkəmənin qərardadını dəyişdirmədən qüvvədə saxlayıb”.

 Xatırladaq ki, Əli İnsanov həm Avropa İnsan Hüquqları Məhkəməsinin 14 mart 2013-cü il tarixli qərarının icrası edilməməsi, həm ağır şəraitdə saxlanılmaqla işgəncəni davam etdirilməsi, həm də müraciətlərinə mahiyyəti üzrə cavab verilməməsi ilə bağlı iddia qaldıraraq, bu öhdəliyin cavabdehlərə həvalə edilməsi ilə yanaşı, mənəvi zərərə görə 100.000 (yüz min) manat kompensasiyanın hər iki general rütbəli vəzifəli şəxslərdən tutulmasını tələb edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA