Ermənilərin girov götürdüyü kəlbəcərlilərin yeni fotoları yayıldı - FOTOLAR

img

19-07-2014 [18:53]


Tanınmış astroloq Səbuhi Rəhimli sosial şəbəkədə Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edən zaman ermənilər tərəfindən tutulmuş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin yeni şəkillərini yayıb. 

İlk şəkil 1998-ci ildə Dilqəmin Kəlbəcərdə dalğalandırdığı Azərbaycan bayrağı ilədir. "Düşmən tapdağı altında olan Kəlbəcər dağlarında Azərbaycan bayrağını dalğalandırmaq hər kişiyə nəsib olmaz. Amma Dilqəm Əsgərov 1998-ci ildən bəri hər il bunu etdi - qorxmadan, çəkinmədən...”

Daha sonra o, Şahbaz Quliyevdən yazıb: "Bu da Kəlbəcərin iyul qarı. Yadımdadır, Şahbaz Quliyev qayıdanda ilk dəfə qurd düşmüş qar gördüyünü söyləyirdi”.

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov iyulun 11-də Kəlbəcərdə girov düşüblər. 
Ermənilər saxlanılan təxşləri diversant kimi təqdim edir. 





ANSPRESS.COM 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA