İtaliyanın Baş naziri Bakıda: "Biz mümkün olan hər şeyi edəcəyik" (Yenilənib)

img

13-11-2024 [13:34]


"İtaliya iqlim maliyyələşdirilməsi məsələsində inkişaf etmiş və sürətlə inkişaf edən iqtisadiyyatlar arasında məsuliyyətin ədalətli bölüşdürülməsinin tərəfdarıdır".

Mia.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıda keçirilən COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.

"Biz COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi ilə bağlı yeni hədəfin qəbul edilməsi üzərində işləyəcəyik. Biz kompromisə nail olmalıyıq. Bunun üçün inkişaf etmiş və sürətlə inkişaf edən iqtisadiyyatlar arasında məsuliyyəti ədalətli bölüşdürmək, fikir ayrılıqlarını aradan qaldırmaq lazımdır. İtaliya öz tərəfindən mümkün olan hər şeyi etməyə davam edəcək", - o bildirib.

Baş nazir məmnunluqla vurğulayıb ki, Azərbaycan COP29-un sədri kimi "Sülh üçün iqlim" təşəbbüsü üzərində işləyir. "Hər COP-da olduğu kimi, bunun uğurlu və ya uğursuz olacağını məhz biz müəyyən edirik. Vilyam Ceymsin dediyi kimi, gəlin elə hərəkət edək ki, bu, həqiqətən də vəziyyəti dəyişsin", - o C.Meloni qeyd edib.

***

İtaliyanın Baş naziri Ciorcia Meloni noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Mia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR