Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-11-2024 [00:01]
Qoç - Mühüm saydığınız işdə aktiv olun. Maraqlı və sərfəli imkanları əldən verməyin. Yaşananlara operativ reaksiya verin. Yaxşı ideyalar var, amma əlverişsiz şərait onları gerçəkləşdirməyə imkan vermir. Səbrli olun.
Günün ikinci yarısında yeni tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.
Uzaq səfərə çıxmayın. Yorulacaqsınız, nəticə də sizi razı salmayacaq. Bədxahların yaydıqları şayiələr və dedi-qodular sizə zərbə vura bilər.
Buğa - Ehtiyatlı olun. Düşünülməmiş addımlar atmayın. Ciddi fəsadlar yarada biləcək səhvlərə yol verməyin. Anlaşılmazlıq, xırda məsələyə görə münaqişə riski var. Vədlər verməyin. Vəd səsləndisə, onu mütləq yerinə yetirin.
Günün ikinci yarısında israfçılığa, uğursuz sərmayə yatırımına yol verməyin. Dövlət qurumlarının mənsubları ilə sıx təmaslar məsləhət deyil. Zəhərlənmə riski var. Bu səbəbdən də kulinar ekspertimentlər etməyin.
Səhhətinizə fikir verin.
Əkizlər - İstənilən mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqe, baxış və fikirləri sizdən fərqli insanlarla da dil tapa bilərsiniz. Prinsipial fərqlərlə bağlı məqamları nəzərdən keçirin. Təhsildə və fəaliyyət sahəsində irəliləyişə nail olmaq üçün əzmlə çalışın.
Günün ikinci yarısında intellektual potensialınız yüksək olacaq. Problemlər ciddi deyil. Tamamilə yeni işə başlamaq olar.
Şəxsi həyatda ciddi dəyişikliklər ehtimalı azdır. Alış-veriş üçün münasib zamandır.
Xərçəng - Son vaxtlar sizi ciddi şəkildə narahat edən problemlərdən birini həll edə bilərsiniz. Baş verən hadisələri fərqli səpkidə görməyi bacarın. Prioritetlər dəyişir. Yaxın ətrafınızdakı insanla münasibətlərdə müəyyən korrektələrə və düzəlişlərə ehtiyac var.
Pozitiv olsanız, yaşam asanlaşar.
Günün ikinci yarısında yeni maraqlar yaranır. Radikallıq etməyin, ekstremal davranışı seçin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Vaxtınız və qüvvənizdən qənaətlə istifadə edin.
Axşam saatlarını ailə üzvlərinə ayırın.
Şir - Xırda və kiçik məsələlərə görə əhvalınızı korlamayın. Soyuqqanlı olun. İstənilən çətinliyin, problemin öhdəsindən tez gələ bilərsiniz. Çətinliklər ağır deyil.
Nəzərdə tutduğunuzdan artıq iş görə bilərsiniz. Amma ifrat dərəcədə çalışaraq ifrat yorğunluğa düçar olmayın.
Günün ikinci yarısında ünsiyyətdə sərvaxt olun. Maraqlı tanışlıq istisna deyil. Münasibətlərə süni təkan verməyin. Hadisələr öz axarında cərəyan edərsə, sizin üçün daha yaxşı olar.
Qız - Şəxsi münasibətlərdəki problemi həll edə biləcəksiniz. Hissləriniz və istəklərinizdə konkretliyə nail olun. Tərəfdaş və müttəfiqlərin sizdən nə gözlədiyindən hali olun. Yaxın perspektivlə bağlı planlarınızı ailə üzvləri ilə müzakirə edin.
Fikir ayrılıqları yaranmayacaq.
Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş etmək olar. Yaxınlarınızdan birinə hədiyyə alın.
Yeni işlər üçün münasib zaman deyil. Cari və rutin işləri başa vurun. Axşam saatlarında ehtiyatlı davranın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Travma riski artıb.
Tərəzi - Yaşananlar sizi narahat edir. Qıcıq bu günün ən güclü emosiyasına çevrilməsin. Mənfi hisslərin öhdəsindən gəlməyi bacarın. Situasiyada müsbət dəyişikliklər etmək olar. Etibar etdiyiniz şərik və ya tərəfdaş sizə yardım edəcək.
Günün ikinci yarısında spontan etiraf istisna deyil. Yaxınlarınızla müzakirə olunası məsələlər var. Lakin mürəkkəb, ağır söhbət üçün əlverişli zaman deyil. Yalnız təxirəsalınmaz, aktual nüanslar barədə danışın.
Əqrəb - Yeni kəşflər zamanıdır. Darıxdığınız, görmək istədiyiniz insanlardan xoş xəbər alacaqsınız. İndiyədək tətbiq etmədiyiniz bacarıqlarınızı reallaşdırın.
Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Yeni müttəfiqlər sizə yardım etməyə hazırdırlar.
Günün ikinci yarısında yaşlı qohumlarla təmaslarda diqqətli olun. Bu gün münasibətlər korlanarsa, inciklik uzun çəkə bilər. Axşam saatlarında əhvalınızda problemlərin yaranması istisna deyil. Zökəm və soyuqdəymə riski var.
Oxatan - İşgüzar məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Kommersiya baxımından perspektiv məsələlərdə aktiv olun. İdeyaları dərhal həyata keçirmək mümkün deyil. Buna rəğmən yeni variantları diqqətlə dəyərləndirin.
Bir qədər sonra fərqli layihənin icrasına başlamaq və yeni biznesə start vermək olar.
Günün ikinci yarısında potensial müttəfiqlərin imkanlarını dəyərləndirin. Şirin vədlər verərək sizi tələyə salmağa can atan insana inanmayın.
Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Mövqelərinizi həddən artıq sərt müdafiə etməyin. Düşünülməmiş sözlər söyləməyin. Sonradan peşman ola bilərsiniz. Qohumlardan birinin xətrinə dəyməyin.
Oğlaq - Pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Xoş sürpriz, qəfil uğur istisna deyil. Son vaxtlar sizi narahat edən problemin həlli asanlıqla tapılacaq. Yeni planlar formalaşır. Onların sayəsində gələcəyə nikbin baxacaqsınız.
Günün ikinci yarısında ev işləri və ailə qayğılarını qulaqardına vurmayın. Şəraitdə dəyişikliklər edin. Nüanslara fikir verin. Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, axşam saatlarını evdə keçirməyin.
Dolça - Tələskənliyə yol verməyin. Qərarlarınız və həyata keçirdiyiniz layihə yaxşı düşünülmüş olmalıdır. Yaşlı qohumlar və köhnə dostlar yaxşı məsləhətlər verəcəklər.
Şəxsi münasibətlərdəki problemi həll etməyə çalışanda köhnə tanışlardan birinə müraciət etməkdən çəkinməyin. Onlar sözünüzü qəribliyə salmayacaqlar.
Günün ikinci yarısında xoş təəssürat oyatmağa can atdığınız insanla görüşün. Təbii davranın, olduğunuzdan yaxşı görünməyə çalışmayın. Unutmayın ki, səmimiyyət qəlbləri fəth edir.
Axşam saatlarında gəzintiyə yollanın.
Balıqlar - Mühüm görüş olacaq. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bunun üçün xüsusi səy göstərməyə lüzum yoxdur. Rəsmi tədbirə, dəvət aldığınız məkana qayıtmaq üçün pis gün deiyl.
Düşünülməmiş sözlər deməyin. Əməlləriniz anlaşılmazlıq yaratmasın.
Günün ikinci yarısında yeni maraqlar və ideyalar formalaşacaq. Məlumatlarınızı artırın. Axşam saatları romantik görüş üçün əlverişlidir.
Milli.Az
Türkiyədə zəlzələ olub
Ərdoğanla Putin telefonda danışdı: "Suriyada xos deyil, əmin-amanlıq görmək istəyirik"
Cənubi Koreya parlamenti hərbi vəziyyət rejimini ləğv edib
Müəllim İdarə müdiri təyin edilib
İstanbulun ən çox kriminallaşmış bölgələri - SİYAHI
Onlara təhsil sektorunda yüksək vəzifələr verildi - Siyahı + FOTO
Mehriban Xanlarova: "Onun üç yaşında olan qızını böyüdərək, analıq etmişəm, ancaq..."
Qəzzada savaşın 424-ci günü: ölənlərin sayı 44502-yə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTAT SAHİL BABAYEVİN MÜŞAVİRİ OLDU
"Beşiktaş" erkən seçki qərarı verdi
İsrail Qəzza zolağını yenə bombaladı: ölən və yaralananlar var
Suriyada daha 7 terrorçu zərərsizləşdirilib
Qırmızı bülletenlə axtarılan türkmənistanlı qadın narkobaron Türkiyədə tutulub - FOTO
Azərbaycanlı biznesmenin əmlakına həbs qoyuldu, cinayət işi açıldı
Nəsimi rayonunda 3 dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “Xoşbəxt olsun uşaqlar!” adlı tədbir keçirilib - FOTOLAR
"Landmark" Biznes Mərkəzi satışa çıxarılıb - 120 milyon manata
Xalq artisti Ağadadaş Ağayev ifadə verdi: "Artıq elə söz dedi ki, aşağı düşməli oldum"
AXCP üzvü Famil Xəlil azadlığa buraxıldı - Məhkəmə prosesi
"Qalatasaray" daha bir oyunçunu yola salır
Deputat müxalifət partiyasına keçib - FOTO
Cənubi Koreya adasında müəmma: 38 vyetnamlı turist yoxa çıxıb
Bakıda keçmiş nazir müavinini maşın vurub öldürüb
Məşhur iş adamı Azərbaycanda klub alır
Türkiyəli model soyundu - FOTOLAR
PREZİDENT BU UNİVERSİTETƏ REKTOR TƏYİN EDİB - Sərəncam
"Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir, o, sərbəst..." - Oğlundan Lalə Şövkətin səhhəti barədə açıqlama
Milli Məclisdə 2025-ci il üçün dövlət büdcəsi qəbul olunub
Hər ay dövlətdən 1500 manat yardım alan Pənah Hüseynin partiyası seçki ilə bağlı qərarını açıqladı
Ağadadaş Ağayevi döyən mühafizəçisi hakim qarşısına çıxarılır
İlham Əliyev yeni səfirləri qəbul edib - FOTOLAR (YENİLƏNİB)
AFFA "Neftçi"ni cərimələyib
Azərbaycan millisinin futbolçusu cəzalandırılıb
Meyxanaçı Xəyyam Əhmədli vəfat etdi
ABŞ-in Azərbaycandakı səfirindən gözlənilməz qərar - İstefa verib
Sabah yağış yağacaq
Əli Əsədov ali təhsillə bağlı yeni qərar verib
Müsavat Partiyası seçkiyə qatılacaq - Partiya qərar verdi
Bəşər Əsəd: "ABŞ regionunun xəritəsini yenidən çəkməyə çalışır"
Sumqayıtda binada güclü partlayış: yaralılar var - Adlar (Yenilənib)