Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-11-2024 [00:06]
Qoç - peşəkar fəaliyyət sahəsində problemlər yaranacaq. Onların səbəbi gəlirləriniz və karyeranızın inkişafının asılı olduğu insanla dil tapa bilməməyinizdir. Belə çətin situasiyada təmkinli, səbrli davranmalısınız. Emosiyaların əsiri olsanız, yeni çətinliklər yaranacaq.
Günün ikinci yarısında məişət qayğıları ilə işinizin arasında fərq qoyun. Problemlərinizi həll etməklə yanaşı, tapşırıq və vədləri də unutmayın. Evə qayıdarkən işdəki stressin acığını ailə üzvlərindən çıxmayın.
Buğa - məntiqli və soyuqqanlı olun. Nikbinliyi əldən verməsəniz, problemlərin öhdəsindən gələcəksiniz. Başqalarına çıxılmaz təsir bağışlayan vəziyyətin yaratdığı çətinlikləri həll edəcəksiniz. Təxəyyülü işə salın. Yaxın ətrafınızdakı insanları müşahidə edin.
Günün ikinci yarısı yaxınlarla ünsiyyət üçün əlverişlidir. Ailə və məişət qayığlarını müzakirə etmək olar. Dəvət aldığınız tədbirdə diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıq ciddi münasibətlərin təməlinə çevrilməyəcək.
Əkizlər - başladığınız işdə uğur qazanacaqsınız. Yaradıcı yanaşma və proseslərə qeyri-standart baxış irəliləyiş vəd edir. Yeni ideyalar pis deyil. Onlardan bəzilərini gerçəkləşdirmək zamanıdır.
Günün ikinci yarısında ailə əmlakı və ya bizneslə bağlı köhnə planlardan birini reallaşdıra biləcəksiniz.
Ünsiyyətdə səmimi olun. Başqasının zəif cəhətlərini kəskin tənqid etməyin. Belədə insanlar çətinliklər və problemləri barədə sizə danışacaqlar. Bədbinliyə qapılanlara dəstək olun. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - əks cins mənsubu ilə təmaslarda sayıq olun. Çalışdığınız yerdə rəhbər qadındırsa, bu gün ehtiyatlı olun. İşgüzar təklifləri diqqətlə dəyərləndirin. Alqı-satqı və sərmayə ilə bağlı qərar üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında başqasının əmlakı ilə bağlı qərar verməyin. Tərəfdaşlarla peşəkar fəaliyyət müşkülləri ilə yanaşı, şəxsi münasibətlərdəki çətinlikləri də müzakirə etmək olar. Maraqlı təklif maliyyə durumunuzu yaxşılaşdırmağa imkan verəcək.
Şir - səxavətli olun. Qohumlarınız və yaxınlarınızın dadına çatın. Amma öz işinizi də unutmayın. Az sonra maliyyə durumunuzda irəliləyişlər olacaq. Ünsiyyət və çoxsaylı təmaslar tələb edən məsələdə uğur istisna deyil.
Günün ikinci yarısında əyləncə və istirahəti ön plana çəkməyin. Təşkilati məsələləri həll edin. İşlə yanaşı, evlə bağlı məqamların çözülməsində sərvaxt davranın, sayıq olun. Axşam saatlarında normal istirahət edin.
Qız - ünsiyyət üçün əlverişli zamandır. İşgüzar məsələləri müzakirə etmək, şəxsi münasibətlərdəki çətinlikləri nəzərdən keçirmək olar. Potensial tərəfdaş axtarışına çıxın. Maraqlı saydığınız mövzularda söhbət apara bilərsiniz.
Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. İş axtarırsınızsa, sizi "müsahibə"yə çağıracaqlar. Alış-veriş pis olmayacaq. Axşam saatlarında bir qədər idman edin. İfrat yorğunluq hissi yaranacaq.
Tərəzi - çətinliklər və problemlərdən xali olmayan gündür. Buna rəğmən, sədlərlə maneələri tez dəf edəcəksiniz. Yaşam təcrübəniz və bilikləriniz karınıza gələcək. Ənənəvi, rutin məsələlərin öhdəsindən gəlməklə yanaşı, yeni problemləri həll edin. Diqqəti əsas məsələyə yönəldin.
Günün ikinci yarısında aktiv davranın. Nikbin olun. Kiçik anlaşılmazlıqlar sizi yoldan sapdırmamalıdır. Nə isə alınmayanda ruhdan düşməyin. Dostlar və yaxınlar sizə yardım edəcək, ideyalarınızı dəstəkləyəcəklər.
Qayğınızı sevdiyiniz insandan əsirgəməyin.
Əqrəb - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə etsəniz, irəliləyiş olacaq. Yolunuzdakı sədlər kiçik, maneələr qeyri-ciddidir. Dostlar sizə yardım edəcəklər. Çətin anlarda sayıq olun.
Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Axşam saatlarına yaxın yeni ideyalar yaranacaq. Planı səlis reallaşdırmağa çalışsanız, niyyətinizi gerçəkləşdirəcəksiniz.
Oxatan - xoş hadisələr vəd edən uğurlu gündür. Yeni işlərə başlamaq olar. Onları bitirəcəyənizə, əsla şübhə etməyin. Sınanmış tərəfdaşlar və etibarlı dostlar sizə yardım edə bilərlər.
Maraqlı işgüzar təkliflər alacaqsınız.
Günün ikinci yarısında iş yerini dəyişmək, maaşı daha çox olan yerdə çalışmaq barədə düşünəcəksiniz.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Ciddi dəyişikliklər olmasa da, situasiya ümumən pis deyil. Yeni mənbədən gəlir əldə edəcəksiniz.
Oğlaq - dostlarla əməkdaşlıq və ünsiyyət üçün yaxşı gündür. Bütün məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. İşgüzar danışıqlarda səlis davranın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün var gücünüzlə çalışın.
Günün ikinci yarısında emosiyalara qapılmayın. Şəxsi münasibətlərdə çətinliklər yarana bilər. Sevdiyiniz insanla təmaslardakı sərinlik ciddi münaqişəyə çevrilməməlidir.
Tənqid və iradların intensivliyini azaldın. Yaxınlarınızın xətrinə dəyməyin.
Dolça - işgüzar intuisiyanız iti olmalıdır. Məhz onun sayəsində yaxşı gəlir əldə etmək, sərfəli anlaşmalara sahiblənmək imkanını qazanacaqsınız. Yeni işlərə başlamaq olar. Bir şərtlə ki, bu işləri təkbaşına, müstəqil şəkildə bitirəcəyinizi yəqinləməlisiniz. Bel bağladığınız insanlar sizə yardım edə bilməyəcəklər.
Günün ikinci yarısında işgüzar təmaslarla şəxsi münasibətləri qarışdırmayın. Yoxsa özünüzü tələyə sala bilərsiniz. İşdə rəhbərlik yeni əməkdaş axtarışına başlayacaq.
Axşam saatlarında romantik görüş pis alınmayacaq.
Balıqlar - maraqlı tanışlıq olacaq. Qarşınızda yeni üfüqlər açacaq insanla görüşəcəksiniz. Karyeranızın inkişafına və bacarıqlarınızı reallaşdırmağa mane olan fikir ayrılıqlarını aradan qaldıra biləcəksinz.
Ünsiyyətdə diqqətli olsanız, işlərinizdə uğur qazanacaqsınız.
Günün ikinci yarısında yarımçıq işləri bitirin. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Milli.Az
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq