Blinkeni kim əvəzləyəcək? - Tramp senatorun namizədliyini irəli sürüb

img

14-11-2024 [01:20]


ABŞ prezidenti seçilən Donald Tramp dövlət katibi vəzifəsinə namizədini rəsmən irəli sürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, özünə məxsus "Truth Social" media platformasında bu posta İran və Çinə sərt mövqeyi, İsrailə isə çox bağlı olan respublikaçı senator Marko Rubionun adını açıqlayıb: "Rubio yeni kabinetdə Xarici İşlər Nazirliyi (Dövlət katibi) kürsüsündə oturacaq".

Qeyd edək ki, uzun müddət Florida senatoru olan və Trampa yaxınlığı ilə tanınan Rubio Ağ Evin yeni rəhbəri Susei Vileslə də yaxın dostdur.

Bəzi iddialara görə, Blinkeni əvəzləyəcək Rubionun təyinatı Vaşinqtonun Tehran və Pekin arasındakı münasibətlərini daha da gərginləşdirə bilər.

Onu da qeyd edək ki, Trampın 15 ildir senator olan 53 yaşlı Kuba əsilli namizədi zaman-zaman Azərbaycana qarşı bəyanatları ilə da tanınıb. O, senator kimi bir neçə dəfə Azərbaycandakı insan haqları, siyasətçi və jurnalistlərin həbsi, hətta Qarabağdakı 44 günlük haqlı savaşımıza qarşı bəyanatlar verib.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 05.12.2024

Sabah yağış yağacaq