Sümük iliyi köçürülməsi əməliyyatı - Azərbaycanda ilk dəfə

img

18-07-2014 [22:45]


Azərbaycanın təbabət tarixində ilk dəfə olaraq bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin üç xəstəyə köçürülməsi əməliyyatı icra edilib.

Bu mürəkkəb əməliyyatları Talassemiya Mərkəzində yerli mütəxəssislər Beloruslu həmkarlarının dəstəyi ilə həyata keçirib.Hal-hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə yazılmaq ərəfəsindədirlər.

Bu münasibətlə iyulun 18-də saat 12.00-da Respublika Talassemiya Mərkəzinin akt zalında mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, sümük iliyin köçürülməsi, nisbətən yeni bir tibbi prosedurdur və əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində istifadə olunur.1968-ci ildə ilk uğurlu köçürülmədən sonra, sümük iliyi transplantasiyası leykoz (qan xərçəngi), aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA