Elmar Vəliyev 6 ayın hesabatını verdi

img

18-07-2014 [16:18]


Gəncədə 6 ayın yekunları müzakirə olunub.

Bu gün "2014-cü ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabatı olub.

Şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2014-cü ilin birinci yarısında şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artdığını, müqayisəli qiymətlərdə 285,3 milyon manatlıq məhsul istehsal olunduğunu bildirib.

2014-cü ilin birinci yarısında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 313,2 manat, 2013-cü ilin müvafiq dövründə isə 295,8 manat təşkil etməklə 5,9 faiz artıb.

Tədbirdə müzakirə olunan məsələlərlə əlaqədar müvafiq təşkilatlara tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA