Ramil Usubov tapşırıq verdi

img

18-07-2014 [14:51]


Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində "qara polkovnik” ləqəbi ilə tanınan mərhum Fətulla Hüseynovun xanımına məxsus torpaq sahəsini ələ keçirməkdə ittiham olunan digər bir polkovnik-Asif Qubadovla bağlı istintaq başlayıb.

"Qafqazinfo" virtual.org-a istinadən məlumat verir ki, informasiyanı vesti.az yayıb.

Məlumatı şikayətçinin vəkili Kamandar Nəsibov da təsdiqləyib: "İnanırıq ki, özünü polkovnik kimi qələmə verən həmin şəxs və əməlləri ilə bağlı zəruri tədbirlər görüləcək”.

Bir müddət əvvəl "qara polkovnik”in xanımı üzləşdiyi haqsızlıqla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova məktubla müraciət edərək onlardan kömək istəmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA