General İlham Əliyevə raport verdi - açılış

img

18-07-2014 [13:05]


İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodunun açılışında iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.


Dövlətimizin başçısı əvvəlcə zavodun baş planı və maketinə, tikintisi davam etdirilən gəmiyə baxdı.

Sonra Prezident İlham Əliyev zavodda inşa olunan itisürətli və yüksək üzmə qabiliyyətli sərhəd gözətçi gəmilərinin əsas taktiki-texniki göstəricilərini əks etdirən stendlərlə tanış oldu, videoçarxa baxdı.

Dövlətimizin başçısı sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış oldu, onun manevrlərini izlədi.(Trend)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA