Artur Rəsizadədən daha bir qərar- DƏYİŞİKLİK

img

18-07-2014 [12:49]


Baş nazir Artur Rasizadə diplomatlarla bağlı qərar verib. Nazirlər Kabinetindən verilən məlumata görə, qərar xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycana diplomatik missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələrinin təsdiq edilməsi barədədir.

Baş nazirin imzaladığı qərarla yuxarıda qeyd edilən diplomatlara və nümayəndə heyətlərinin üzvlərinin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiq edilib.

A.Rəsizadənin imzaladığı bu qərar 30 gündən sonra qüvvəyə minəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA