Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-11-2024 [00:02]
Qoç - peşəkar fəaliyyət baxımından çətin gündür. Bütün diqqəti işə yönəldin. Fəaliyyətiniz üçün gərəkli vaxtda başqa işlərlə məşğul olmayın. İstirahət və əyləncə ilə bağlı fikirləri təxirə salın. Astagəl, ləng olmayın.
Günün ikinci yarısında həssas, sayıq olun. Əks təqdirdə tərəfdaş və ya dostlarla münasibətlər sərinləşə bilər. Maliyyə fonu pis deyil. Axşam saatlarında sərfəli alış-veriş edə bilərsiniz. Xərclər az, aldığınız əşyalar zəruri olmalıdır.
Şəxsi münasibətlərdə problemlərin yaranmaması üçün səbrli davaranın. Sevdiyiniz insanı tələsdirməyin, acılamayın.
Qarşılıqlı anlaşmaya nail olmağa can atın.
Buğa - peşəkar fəaliyyət müstəvisində durum o qədər də yaxşı deyil. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin, sifarişləri unutmayın. Belədə maaşınızın artımına, vəzifənizin artımına təkan verə bilərsiniz.
Günün ikinci hissəsində şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əks cins mənsubları arasında populyarlığınız arta bilər. Sevdiyiniz insanla təmaslarda qayğıkeş və səmimi olun. Başınızı itirməyin, səbrli olun.
Ünsiyyətdə harmoniyaya nail olun.
Əkizlər - günün ilk yarısı hadisələrlə zəngindir. Situasiya sizin üçün faydalıdır. Zamanınızı dəyərləndirin. Məhsuldar işləyin. Yaranmış problemləri həll etməyə çalışın. Dostlarla ünsiyyət zamanı önəmli məsələləri müzakirə edə bilərsiniz.
Günün ikinci yarısında aktiv və enerjili olun. Qarşınızdakı maneələri dəf etmək üçün etibarına şübhələnmədiyiniz insanların yardımlarından bəhrələnə bilərsiniz. Çoxdan bəri həllini tələb edən məsələnin nizamlanmasında diqqətli davranın.
Sevdiyiniz insanla münasibətlərdə axşam saatlarında problemlər yarana bilər. Azadlıq və müstəqilliyinizi aqressiv şəkildə qorumayın.
Xərçəng - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində perfeksionizmə qapılmayın. Nəticələrin hamısından narazı qalaraq bədbinliyə qapılmayın. Görülən işləri yenidən yerinə yetirmək məntiqi deyil. Yardım təkliflərini qulaqardına vurmayın. Baş verənlərə ayıq nəzər salın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətləri kəskinləşdirməyin. Şübhə və ya qısqanclığa yer yoxdur. Tamahkar davranmayın. Bir qədər soyuqqanlı olun, insanların reaksiyalarına fikir verin. Problemləri müzakirə etməyə dəyər.
Şir - aktiv, enerjili olun. Peşəkar fəaliyyət sahəsində bilik və bacarıqlarınızı maksimum dərəcədə nümayiş etdirməyə çalışın. Qərarlarınıza düşünüb-daşınandan sonra açıqlayın. Belədə tərəfdaş və şəriklərinizin nəzərində nüfuzunuz artacaq. Yaxın gələcəklə bağlı planları ciddi müzakirə etmək gərəkdir.
Günün ikinci yarısında kömək və dəstəyə ehtiyacınız var. Yaxınlarınızla daha çox vaxt keçirin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - fəaliyyət sahəsində özünüzü normal, səbatlı hiss edin. Səlahiyyətlərinizi yaxşı, vaxtında yerinə yetirin. Həmkarlarınızın yardıma ehtiyacı olarsa, onlara yardım edin. Adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız.
Narahat olmayın, əməllərinizin sonucundan razı qalacaqsınız.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Münaqişənin təşəbbüskarı olmayın. Tərəfdaş və ya şəriklə ünsiyyətdə həssas olun, onunla laqeyd davranmayın. Yeni tanışlıq ehtimalı azdır.
Rəğbət bəslədiyiniz şəxsin ürəyini qırmayın.
Tərəzi - peşəkar fəaliyyət sahəsində yeni tərəfdaş və ya şərik tapmaq asan deyil. Kollektivdə çalışmaq ağırlaşır. Yaxın ətrafınızdakı insanlar arasında sizi dəstəkləməyənlərin sayı artacaq.
Məsləhətlərinizdə ehtiyatlı olun.
Günün ikinci yarısında başqalarının işlərini görməyə çalışmayın. Öz işinizi keyfiyyətlə görün, yetər.
Münasibətlərdə harmoniya yarana bilər. Emosiyalara uymayın, hisslərinizi cilovlayın. Yaxınlarınızı dəstəkləyin. Bununla belə, ətrafınızdakı insanlara həddən ziyadə inanmayın. Deyilən hər sözü həqiqət saymayın.
Sevdiyiniz insan belə, vədlərindən birinə əməl etməyə bilər.
Əqrəb - işdə vaxtınızı boşuna keçirməyin. Yeni biliklər, təcrübə və bacarıqlar əldə olunması üçün münasib zamandır. Vaxtdan istifadə edərək yaşlı həmkarlar və ya təcrübəli tanışlardan fadyalı biliklər əxz edin. İşə yeni başlayan, prosesə təzəliklə qoşulan insana dəstək olun.
İşdə həmkarlarla münasibətləri yaxşılaşdırın.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə diqqətli olun. Hisslərinizi cilovlayın. İntuisiyanız kəskinləşəcək. Tərəfdaşlarla daha sıx əlaqələr qurun. Məqsədə çatmaq istəyirsinizsə sürətlə, qətiyyətlə irəliləyin.
Axşam saatlarına yaxın şanslarınız artacaq.
Oxatan - karyera problemlərini həll etməyə tələsməyin. İşdə rəhbərliklə münasibətləri gərməyin. Şəxsi məziyyətlərini ön plana çəkməyin. Aqressiv, impulsiv olmayın. Güzəştə getməyi, soyuqqanlı davranmağı bacarın.
Əks təqdirdə ciddi səhvlərə yol verə bilərsiniz.
Günün ikinci yarısında səhvlərinizi etiraf etməyi bacarın. Belədə ətrafdakılar da sizə anlayışla yanaşacaqlar. Tərəfdaşlarınız arasında yeni simaların rəğbətini qazanmağa can atın.
Sevdiyiniz insanla axşam saatlarında fikir ayrılığının yaranmaması üçün "müxtəlif dillər"də danışmayın. Tarıma çəkilmiş əsəblərinizi normal səviyyəyə çatdırın. Fərqli mövqeli insanları səbrlə dinləyin, onların sözlərindən bəhrələnməyə çalışın.
Oğlaq - təşəbbüs və təkliflərlə çıxış etmək üçün yaxşı zaman deyil. Dediklərinizi qulaqardına vuracaq, ciddi saymayacaqlar. Qərar verməzdən və ya önəmli addım atmazdan əvvəl yaxşıca fikirləşin.
Planlarınızı təhlil, ideyalarınızı müzakirə edin. Arqumentləri qiymətləndirin.
Günün ikinci yarısında ideyalarınızdan birindən praktiki mənfəət əldə etməyə çalışın. Rutin və ənənəvi işləri tənbəllik etmədən yerinə yetirin. Kiçik fasilələr etmək olar.
Axşam saatlarına yaxın əhvalınız pisləşərsə, görüşü təxirə salın. Hisslər barədə danışmaq, hədiyyə alıb hədiyyə verməklə yanaşı, söhbət etməyə çətinlik çəkəcəksiniz.
Sevdiyiniz insanla səmimi, qayğıkeş olun.
Dolça - işgüzar təmaslar və danışıqlar üçün yaxşı gündür. Qətiyyətli olun, fikirlərinizə və planlarınıza qarşı tərəfi inandırmağa çalışın. Tərəfdaş və şərikləriniz sizə həvəslə yardım edəcəklər. Aktivliyiniz bəhrəsini verəcək. Yeni ideyalarınızı gizlətməyin, danışın.
Günün ikinci yarsında işdə rəhbərliklə danışıqlar aparmaq olar. Şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Karyeranızı düşünməyin zamanıdır.
Əks cins mənsubları ilə təmaslarda həssas, qayğıkeş olun.
Axşam saatları əlverişlidir. Kefiniz kök olacaq.
Balıqlar - bütün diqqəti işə yönəldin. Aktiv olun, məhsuldar fəaliyyətə can atın. Situasiya əlverişsiz olsa da, maraqlarınızı təmin edin. Orijinal ideya istisna deyil. Həmin ideyanı həyata keçirməyə can atın.
Günün ikinci yarısında çətin zamandır. Müsbət təmayüllərin təsiri azalacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamaq istəmirsinizsə, soyuqqanlı və təmkinli olun.
Axşam saatlarına yaxın sevdiyiniz insana yardım edin, amma ona təzyiq göstərməyə can atmayın. Emosiyalarınız kontrolda olmalıdır. Ən kiçik diqqət nişanəsi qarşı tərəfi sevindirə bilər.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi