İcra Hakimiyyətindən təcavüz olayına reaksiya

img

18-07-2014 [12:47]


İsmayıllı Rayon İcra Hakimiyyəti Kürtmaşı kəndində məktəb direktorunun azyaşlı qıza təcavüz etməsi barədə mətbuatda yayılmış xəbərlərlə bağlı açıqlama verib.

İH belə bir hadisənin olmadığını açıqlayıb. "17 iyul 2014-cü il tarixdə bəzi elektron xəbər portallarında İsmayıllı rayonu ilə bağlı "Direktorun şagirdinə təcavüzü: əhali ayağa qalxdı–Şok” və s. başlıqlarla gedən yazılarla əlaqədar olaraq bildiririk ki, İsmayıllı rayonunda 30 saylı məktəb yoxdur və həmin məktəb Ağdam rayon Təhsil şöbəsinə aiddir. Xəbərdə qeyd olunan qız isə məktəbli deyil, 1995-ci il təvəllüdlüdür və məktəbi 2013-cü ildə bitirmişdir. Məsələ ilə bağlı Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyinə müraciət edilmiş və hadisənin doğruluğu öz əksini tapmamışdır.

Həmçinin 16 iyul 2014-cü il tarixində 200 nəfərə yaxın kənd sakininin Rayon İcra Hakimiyyətinə müraciət etməsi fikri də həqiqətə uyğun deyildir" - deyə icra hakimiyyətinin açıqlamasında vurğulanır.

Bizimyol.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA