Ağdamda gərginlik - ermənilər təlimə başladı

img

18-07-2014 [12:07]


Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün saat 10 radələrindən Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisindən atəş səsləri eşidilməyə başlayıb. Qarşı tərəf əsasən artilleriya silahlarından istifadə edir. 

Təmas xəttinə yaxın yerləşən kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, ərazidə dumanlı olduğundan hərbi texnikanın hərəkətini müşahidə etmək mümkün deyil, amma atəş səsləri aydın eşidilir.

Xatırladaq ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA