İlham Əliyev dindarlarla bir arada - İftar süfrəsi (Fotolar)

img

17-07-2014 [23:19]


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Mia.az xəbər verir ki, bu haqda prezidentin rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilir ki, Prezident İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs "Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycandakı tolerantlığın səviyyəsini, ölkəmizin dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdilər və təbriklərini çatdırdılar.

Dövlət başçısı mərasimdə çıxış etdi.

Sonra iftar süfrəsi açıldı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA