Daxili İşlər Nazirliyi bu vəzifələrə kadr axtarır: əməliyyat müvəkkili, təhqiqatçı, müstəntiq... - ŞƏRTLƏR
03-11-2024 [11:31]
Daxili İşlər Nazirliyi polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir. Vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı - "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini "hüquqşünaslıq" ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il noyabr ayının 01-dən 30-dək "http://www.mia.gov.az" veb saytında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər. Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: - şəxsiyyət vəsiqəsi; - ali təhsil haqqında diplom; - hərbi bilet; - əmək kitabçası (olanlar üçün). Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır. Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az veb saytında yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:
Qanunvericilik aktları və nəzəri bilik sahələri:
Azərbaycan Respublikasının Konstitusiyası.
Dövlət və hüquq nəzəriyyəsi.
Cinayət hüququ.
Cinayət prosesi.
İnzibati hüquq.
Kriminalogiyanın əsasları.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi