“Zəng etdilər, mən də dedim ki, 2 gün ərzində silinəcək..." - Müşfiq Abbasovdan xəbərdarlığa reaksiya
02-11-2024 [14:20]
Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial hesablarında “Bu şəhərdə” komandasının oktyabr və noyabr aylarında keçiriləcək növbəti konsert proqramlarının kommersiya xarakterli reklamlarında müəlliflərin hüquqlarını kobudcasına pozduğunu özündə ehtiva edən məqamlar paylaşılıb.
Məsələ ilə bağlı danışan Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyev “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasova şifahi və rəsmi xəbərdarlıq edildiyini deyib.
Mia.az-ın məlumatına görə, ona xəbərdarlıq edilməsi barədə Ölkə.Az-a danışan aktyor, ssenarist Müşfiq Abbasov artıq videonun silindiyini bildirib: “Zəng edib dedilər, mən də dedim ki, 2 gün ərzində silinəcək və silindi. Video artıq silinib, bilmirən onlar nəyi problem edir. Mənim fikrimcə, ümumiyyətlə, problem yox idi. Mənim kimi Azərbaycan filmlərini təbliğ edən ikinci heç kimi görmürəm. O, anonsa yazılan şərhləri oxusaydınız, görərdiniz ki, onlarla insan yazır ki, bu hansı filmdəndir?”
M.Abbasov deyib ki, Gildiya Azərbaycan filmlərinin təbliği ilə məşğul olsa, daha yaxşı olar: “İndiki gənclər ümumiyyətlə, “Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “Qayınana” filmlərinə baxmırlar. Bu, reallıqdır. Yaxşı olar ki, Kinorejissorlar Gildiyası daha çox filmlərin təbliği ilə məşğul olsun. Yəni o təbliğə də müraciət etsinlər. Kimlərdə daha çox baxılırsa, o insanlar təbliğ eləsin ki, gənclər TikTok-dan çox Azərbaycan filmlərinə baxsınlar.
Əfsuslar olsun ki, bu gün daha çox TikTok-a, yutuba, türk seriallarına baxılır, nəinki köhnə, klassik Azərbaycan filmlərinə. Bədbəxtlikdir. Bunu həll etmək lazımdır. Bilmirəm bu haqda kim fikirləşir, nə düşünürlər. Mən öz anonslarımda o filmləri göstərib dublyaj etməklə orada heç kimi alçaltmamışam, təhqir etməmişəm, anons verə-verə filmin özünü də təbliğ etmişəm.
Cavanlar bu kinoları bilmirlər. Kimsə desə ki, bugünkü gənclər “Axırıncı aşırım”a,”Qatır Məmməd”ə, “Böyük dayaq”a, “Babək”ə və s. baxır yalan danışmış olar. 50 yaşdan yuxarı nəsil baxa bilər. Gənclər baxmır, çünki təbliğatı yoxdur. Gildiya da, mətbuat da bu problemi həll eləsin. Səhifənizdə işıqlandırın, hər dəfə bir filmin anonsunu verin. Düzdür, onda Gildiya sizə də şikayət edəcək ki, niyə hüquqlarımızı pozursunuz. Anons da verməyin, heç nə deməyin. Sakitcə gizlədin. Heç kim baxmasın, onunla da batsın getsin. Yenə də deyirəm, böyük bədbəxtlik budur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi