17-07-2014 [21:04]
Konvensiyasına qoşulması ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq 2004-cü ildən yaradılan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətə başladığı ilk günlərdən bir sıra mühüm işlər həyata keçirib. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması funksiyasını yerinə yetirən Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ilə fəaliyyətini əlaqələndirən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiyaya məruz qalan sahələrin aşkar edilməsi, xarakterik korrupsiya hüquqpozmalarının müəyyən edilməsi, onları doğuran səbəb və şəraitinin aradan qaldırılması və belə pozuntuların baş verməməsi üçün konkret müddəaları özündə əks etdirən çoxsaylı preventiv təkliflər hazırlayaraq aidiyyatı üzrə təqdim edib.
Qeyd edək ki, son illər korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri çərçivəsində bu cinayətə şərait yaratmış onlarla vəzifəli şəxs barəsində müvafiq cəza tədbirləri həyata keçirilib. Korrupsiya üstündə saxlanılan şəxslərin arasında müxtəlif vəzifələrdə çalışan məmurlar üstünlük təşkil edir. Deyəsən, bəzi vəzifəli şəxslərin korrupsiyaya qarşı aparılan mübarizədən xəbərləri yoxdur. Ya da xəbərləri ola-ola bilərəkdən qanunun tələblərini pozurlar. Ölkə qanunlarını ayaq altına atan şəxslərdən biri də «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tabeliyində fəaliyyət göstərən «Azərtunelmetrotikinti» ASC-nin tikinti idarəsinin rəisi Qərib Dadaşovdur.
Bu şəxsin barəsində mətbuat orqanlarında dəfələrlə tənqidi yazılar dərc olunub. Lakin idarə rəisi barəsində yazılan tənqidlərdən heç bir nəticə çıxarmır ki, çıxarmır. Qərib Dadaşovun işindəki nöqsanları əks etdirən məqalələrimizdən xəbərsiz olan oxucularımız üçün qısaca qeyd edək ki, ASC-də mühüm vəzifə tutan şəxs qurumun rəhbəri Şaiq Əfəndiyevin etibarından istifadə edərək dövlət büdcəsindən ayrılan vəsaitlərin müəyyən hissəsini şəxsi mənafeyi naminə xərcləməkdədir.
Tikinti idarəsinin rəhbəri metro tikintisi üçün nəzərdə tutulan büdcə vəsaitlərinin bir qismini mənimsəməklə şəxsi imkanlarını xeyli artırıb. Belə ki, o Bakı və Sumqayıt şəhərlərində sayı dəqiq bilinməyən ticarət obyekti tikdirib ki, bunların arasında xüsusi diqqət çəkəni «gənclər şəhəri»ndə yerləşən «Nur» şadlıq sarayı və avtoservisdir. Ötən saylarımızda da bildirdiyimiz kimi, idarə rəisinin Sumqayıtda yerləşən obyektlərinin bir neçəsinin, konkret olaraq «Nur» şadlıq sarayının və avtoservisin sənədləri qaydasında deyil və buna görə də şəhərin icra başçısı Eldar Əzizov sözügedən obyektləri buldozer qabağına verməyi fikirləşir.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, vəzifədən çıxarılmaq təhlükəsi ilə üzləşən Qərib Dadaşov «Bakı Metropoliteni» QSC-nin rəhbəri Zaur Hüseynovla münasibətlərini normallaşdırmaqdan ötrü bütün imkanlarını səfərbər edib və kimlərəsə minnətçi düşüb: «Qapalı Səhmdar Cəmiyyətin sədri tikinti idarəsinin rəisini işdən çıxarmaqda israrlıdır. Çünki Zaur müəllim vəzifəyə təyin olunan gündən indiyə qədər Qərib Dadaşovun barəsində bir dənə də olsa xoş söz eşitməyib. «Azərtuneltmetrotikinti»də çalışan rəhbər və sıravi işçilərin bir çoxu onun fəaliyyətindən narazıdır. Tikinti idarəsinin işçiləri rəisin haqsızlıqlarına tab gətirə bilmirlər. Səbəbi isə onunla bağlıdır ki, bu adam yalnız və yalnız öz maraqlarını güdür və büdcə vəsaitlərini necə və hara gəldi sərf edir. Nəticədə ASC-yə həvalə olunan tikinti işlərində keyfiyyətsizlik özünü göstərir». Mənbə vurğulayır ki, Zaur Hüseynov Qərib Dadaşovun haqqında demək olar ki, bütün zəruri məlumatları toplayıb və onu əməlli-başlı küncə sıxışdırıb: «Deyilənə görə, QSC rəhbəri yaxın günlərdə idarə rəisinin fəaliyyətindəki xoşagəlməz məsələlərlə bağlı əldə etdiyi dosyeni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edəcək. Mən belə hesab edirəm ki, Zaur Hüseynov bu addımı ataraq idarə rəisinin karyera yolunu bağlayacaq və onu tutduğu vəzifədən kənarlaşdıracaq». Mövzuya qayıdacağıq(gündəlik bakı).
Qarşı tərəf də münasibət bildirə bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi