"Nazirə şikayət etdim, gəldilər, lakin..." - Gədəbəydə ağacları kimlər qırır? (FOTOLAR)
01-11-2024 [19:18]
Gədəbəy rayonu, Kələman kənd sakini Hacıyev Rasim Şəmşəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayeva müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi dərc edirik:
“Yazıb bildirmək istəyirəm ki, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Saratovka meşəbəyliyinin 7 saylı meşə dolayının gözətçisi İbrahimov Mübariz Qiyas oğlu ciddi qanun pozuntuları həyata keçirir. O, bizim haqlarımızı pozmaqla məşğuldur. Qeyd edim ki, bu adam meşədə “bazar açıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” çağrı mərkəzinə zəng edib şikayətimizi bildirsək də, heç bir nəticəsi olmayıb.
2022-ci ilin noyabrından indiyə qədər dəfələrlə Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasib Nəbiyeva şikayətimi bildirsəm də, heç bir tədbir görülmədi. Hətta mənə dedi ki, mən o gözətçini işdən azad edə və onun barəsində hansısa tədbir görə bilmərəm.
Məlum oldu ki, meşəni qırıb satan gözətçi İbrahimov Mübariz Qiyas oğlu, elə həmin mərkəzin direktoru Vasib Nəbiyev başda olmaqla, mərkəzin digər vəzifəli işçiləri və eyni zamanda meşəbəyi Əfqan Mustafayevlə əlbir işləyir. Ona görə də, rahatıqla meşəni qırıb satırmış.
Meşə ərazisi bizim evin arxa hissəsindən başlayır. Gözətçi Mübariz İbrahimov 2023-cü ilin yanvar ayında, biz evdə olmadığımız zaman, 19 ədəd fıstıq ağacını müxtəlif diametrlərdə kəsdirib satmışdı. Mən gəlib görəndə dəhşətə gəldim. Bu haqda Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasib Nəbiyeva şikayət etdim. O, yoxlama göndərdi. Yoxladılar Mübariz İbrahimova 1500 manat cərimə protokolu yazıldı. Həmin akta mən də qol çəkdim. Amma araşdırma üçün hüquq-mühafizə orqanına göndərmədilər. İşi öz aralarında həll etdilər.
O, 2-3 aydan sonra yenə meşəni qırıb talamağa başladı. Mən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayeva yazdım. Nazirlikdən məktub gəldi. Tovuz Regional 2 saylı Ekologiya İdarəsinin və Şəmkir Regional Meşə Təsərrüfatı mərkəzinin əməkdaşları birgə yoxlamaya gəldilər. Mənə bildirildi ki, sizə məktub göndərəcəyik. 1-2 ay keçdi, məktub gəlmədi. Belə olduqda, Meşə İdarəsinə gəldim. Mənə heç bir məlumat verilmədi.
Oğuz, Xanlar və Şəmkir rayonlarında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin qəbulunda olmuşam. Cənab nazir sağ olsun, məni qəbul etdi, şikayətimi dinlədi. Mənim əlimdə olan faktları da götürdü. Tapşırdı ki, bu işlə bağlı yoxlama getsin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 2 nəfər yoxlamağa gəldi. Yenə də meşə ərazisi yoxlanılmağa başlanıldı. Mən qanunsuz kəsilmiş ağacları göstərdikdə onlar dəhşətə gəldilər. Dedilər ki, cavan ağacı necə kəsiblər?! Lakin gözətçi Mübariz İbrahimov yoxlanışa mane oldu. Meşənin 40 faizi yoxlanılmadı. Məsələni öz aralarında həll etdilər. Yenə də araşdırmanın nəticəsi mənə göndərilmədi. Şəxsi nömrələrinə yığdım ki, siz məni aldatdınız, araşdırmanın cavabı mənə gəlmədi. Dedilər ki, məktubu sizə göndərmişik, yəqin poçtda problem olub. 3 gündən sonra araşdırmanın nəticəsini göndərdilər. Məktubda yazılmışdı ki, meşədə qanunsuz kəsilmə aşkar olunub, bununla bağlı aidiyyatı orqanlara məlumat verilib. Lakin heç bir ciddi tədbir görülmədi.
Cənab nazir Muxtar Babayev Şəmkir rayonunda vətəndaşları qəbul edən zaman yenidən qəbuluna getdim. Məktubu cənab nazirə göstərdim.
Lakin Mübariz İbrahimov yenə də öz işinin başındadır.
Məsələni bağlamaq üçün dedilər ki, ağacları naməlum şəxs kəsib. Belə bir variant işlətdilər.
Qeyd edim ki, bizim ərazidə qaz yoxdur, istilik üçün odundan istifadə edirik. Qırılmış ağac vardı, onu gətirmək istəyəndə gözətçi Mübariz İbrahimov və meşəbəyi Əfqan Mustafayev polis əməkdaşlarına məlumat verdilər, bizi tutdular. Bizə bildirildi ki, əlavə odun oğramışıq. Şəmkir Regional Meşə Təsərrüfatından Rövşən və Tural müəllim gəldi, yoxlama keçirdilər. Mənə dedilər ki, götürdüyün 2 kub metr odunun 480 manat cəriməsi var. Mən də onlara inandım. Məndən Mübariz İbrahimov və Əfqan Mustafayev 1000 manat aldılar. Onlardan çek tələb etdikdə isə bildirildi ki, çekini sənə verəcəyik. Tural və Rövşən müəllim də orada idi. 1 aydan sonra çekimi aldım. Çeki alanda baxıram ki, 48 manat cərimə yazılıb, deməli, məni aldadıblar”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məumat verilib. Qurumdan əməkdaşımıza bildirildi ki, araşdırılıb məlumat veriləcək.
Aynurə İSMAYIL
Hurriyyet.az
Qeyd: Redaksiyamıza göndərilən video-müraciəti də olduğu kimi oxucularımıza təqdim edirik:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi