Fikrət Məmmədovdan sərt addım, 9 məhkəmə hakiminə cəza- Siyahı

img

17-07-2014 [20:51]


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan MİA-ya daxil olan məlumata görə, iclasda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatların mütərəqqi nəticələri vurğulanıb, əldə edilmiş nailiyyət və müsbət təcrübələrimizin dünyanın nüfuzlu hüquq təsisatları, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən yüksək dəyərləndirildiyi qeyd edilib. 

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni qanunvericilikdən irəli gələn məsələlər və bu sahədə Məhkəmə-Hüquq Şurasının vəzifələri müzakirə olunub, yeni normaların məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da güclənməsində mühüm rolu qeyd edilib. Həmçinin, iclasda hakimlər barədə intizam icraatlarına baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax rayon məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, habelə yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımova və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiklərinə görə 6 digər hakim barədə intizam icraatı başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA