Polşada 400 yaşlı "Vampir qadın"ın siması "canlandırılıb": başında qızıl və gümüş sapla toxunmuş ipək örtüklə... - FOTOLAR
31-10-2024 [10:23]
İki il əvvəl Polşada aparılan arxeoloji qazıntılar zamanı boynuna oraq qoyulmuş və ayağına üçbucaqlı asma kilidlə basdırılmış qadının 400 illik qalıqları aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qədim inanclara görə, qadının boynuna dirənən iti oraq ölülərin dirilməsi və geri qayıtmasının qarşısını almaq üçün qoyulmuşdur.
Nikolaus Kopernik Universitetinin tədqiqat qrupu bu unikal kəşfi 2022-ci ilin avqustunda edib, lakin isveçli arxeoloq Oskar Nilssonun məsləhət və töhfələri ilə "Zosia" adlanan qadının üzü DNT, 3D və gildən istifadə edilərək "canlandırllıb"
Arxeoloq Nilsson bu barədə "Reuters"ə açıqlamasında gülərək deyib ki, 400 il əvvəl güman ki, kəndlilər "vampir qadını"nın diriltməməsi üçün hər şeyi ediblər: "İndisə biz onu texnologiyanın imkanlarından yararalanaraq geri döndərməyə çalışırıq. və biz də onu həyata qaytarmaq üçün əlimizdən gələni etdik. Biz bu qadının üzünü canlandırarkən onun yaşı, çəkisi və sümük quruluşu ilə bağlı təfərrüatları dəqiq incələdik. Ondan sonra əzələləri və üz cizgilərini formalaşdırdıq. Mən belə üzləri bərpa etməyə öyrəşmişəm. Amma bu dəfə ona bir az da insan ləyaqəti cizgisi verdim...".
Xəbərdə deyilir ki, vampir qadın 17-ci əsrdə Polşada baş verdiyi iddia olunan "vampir epidemiyası"na qarşı tez-tez istifadə edilən dəfn üsulu ilə basdırılıb.
Tədqiqat qrupunun rəhbəri, professor Dariuş Polinski bildirib ki, o vaxt vampirləri adətən yandırmaq, daşla əzmək və ya başlarını və ayaqlarını kəsmək kimi üsullardan da istifadə edilib: "Bununla belə, bu cür basdırılma halları da az deyil"
Məlumatda o da bildirilib ki, "Zosia"nın qəbrindən tapılan qızıl və ya gümüş sapla toxunmuş ipək baş geyimi onun həm də "yüksək sosial status"una dəlalət edir.
Firudin Səfərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi