Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-10-2024 [00:01]
Qoç - günün ilk yarısında işgüzar aktivlik səviyyəsinin aşağı düşməsinə imkan verməyin. Başladığınız işləri bitirin. Nəticələr kiçik olsa da, gözədəyəndir. İşdə rəhbərliklə münaqişə yaratmayın. Karyeranıza təsir edə biləcək insanlarda özünüzə qarşı kəskin antipatiya yaratmayın.
Günün ikinci yarısında maraqlı tanışlıqlar, romantik görüş istisna deyil. Hərdəmxəyal, emosional olmayın. Axşam saatlarına yaxın ciddi münasibətlər formalaşa bilər. Yeni tanışlarınızdan biri yaşamınızda önəmli rol oynaya bilər.
Buğa - hər şey yaxşıdır. Günün ilk yarısında problemlər yarana bilər. Çətinliklərin öhdəsindən qətiyyətlə gəlin, təşvişə düşməyin. Yaşananlar əhvalınıza həddən ziyadə pis təsir etməsin. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun.
Əməkdaşlıq şərtlərini, tərəfdaşlıq variantlarını günün ikinci yarısında müzakirə etmək olar.
Şəxsi münasibətləri nizama salın. Sevdiyiniz insana hədiyyə verin. Ümumi işlə məşğul olduğunuz insanı anlamağa çalışın. Yeni tanışlıqlar istisan deyil. Yeni münasibətlərin formalaşması üçün təşəbbüskar olun.
Əkizlər - asan olmayan, amma çox maraqlı gündür. Dəf etmək məcburiyyətində qaldığınız sədlər yanlış insanlara inamınız, dəyərsiz insanlara etibarınızın nəticəsidir. Uzaq durmağınız gərəkən insanlara sirlərinizi verdiyiniz üçün indi problemlərlə qarşılaşıbsınız.
Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Ruhdan düşməyin. Axşam saatlarında dostların yanında olun. Pozitiv emosiyalar alacaqsınız.
Alış-verişə çıxa bilərsiniz.
Xərçəng - əlverişli zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müsbət təmayüllərin təsirindən effektiv istifadə edin. Yaxınlarınız sizə yardım edəcəklər. Dəstək gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar. Səfər və ya səyahətlərlə bağlı istənilən məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında nəzərdə tutulan işlərin bəziləri alınmaya bilər. Mənfi təmayüllərin təsiri əhəmiyyətli şəkildə hiss olunacaq. Narahat olmayın, ağır situasiya çox çəkməyəcək.
Məşəqqətli dövr bitəcək, sonra işlər düzələcək.
Şir - gün gözləntilərinizi doğrultmayacaq. Var qüvvənizlə çalışsanız belə, qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Sədləri və maneələri dəf edin. Nəzərdə tutduğunuz işlərin bir qismini başa vura biləcəksiniz. Yaxın ətrafınızdakı insanlarla həssas davranın.
Günün ikinci yarısında sərt və aqressiv danışmayın. Asanlıqda düşmən qazanmayın. Bədxahlar və ya düşmənlər sizə mane olmaq üçün əllərindən gələni edəcəklər.
Yaxınlarınızla təmaslarda səbrli olsanız, münaqişələr yaranmayacaq. Ailə problemlərinin həlli ciddi xərclər tələb edəcək. Bədxərclik etməyin.
Axşam saatlarında diqqətli olun.
Qız - ziddiyyətli və gərgin gündür. İşdə münaqişələr ciddiləşəcək. Situasiya çətinləşir. Peşəkar fəaliyyətiniz ən müxtəlif insanlarla ünsiyyət tələb edir. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Güzəştə meylli olmasanız, çətinlikləri həll etmək mümkün olmayacaq.
Günün ikinci yarısı müstəqil fəlaiyyət üçün yaxşıdır. Problemlərin həllinə yaradıcı yanaşın. İşgüzar intuisiyanız iti olmalıdır ki, sərfəli anlaşma və ya sövdələşmə baş tutsun. Axşam saatları romantik görüş vəd edir.
Tərəzi - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Gün uğurlu olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün kimsə sizə mane olmamalıdır. Sürətlə irəliləmək üçün cəhdlərinizi əsirgəməyin. İşdə əhəmiyyətli nəticələr olacaq. Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi möhkəmləndirin. Nüfuzlu adamlar arasında müttəfiqlər tapın. Bir sözlə, yeni zirvələri fəth etmək üçün hazır olun.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Qüvvə və potensialınıza inanın. Şəxsi münasibətləri normallaşdırın. Təşəbbüskar olun, sakit davranmayın.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - gərgin gündür. Ünsiyyətdə ciddi problemlər yaranacaq. Münaqişələr sıralanır. Emosiyalarınıza nəzarət edin. Təxribatlara uymayın. Təmkinli davranaraq məkrli tələyə düşməyin. Problemin həlli qapını çırparaq getmək deyil.
Nüfuzlu insanla münaqişə etməyin. Dumanlı, naməlum səbəblərə görə sərfəli anlaşma və sövdələşmələrdən boyun qaçırmayın.
Günün ikinci yarısında qəfil səfərə yollanmaq məsləhət deyil. Planlaşdırılmamış işlər görməyin. Belədə problemlərin sayı artacaq. Romantik görüş pərişanlıq yarada bilər. Hadisələrin pis məcrada inkişafına mane olun. Situasiyanı normallaşdırmaq üçün səylərinizi əsirgəməyin.
Oxatan - işlərinizdə əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Son vaxtlar həlli yollarını arayıb baş sındırdığınız peşəkar məsələni həll edə bilərsiniz. Həmkarlarınıza yardım edin. Alış-veriş, biznesə investisiyalar, önəmli insanlarla görüş üçün yaxşı zamandır.
Günün ikinci yarısında yaxşı təcrübəyə yiyələnə bilərsiniz.
Şəxsi münasibətlərinizdə harmoniyaya nail olun. Yaxınlarınızın yanınızda özünüzü rahat hiss edəcəksiniz. Sevdiyiniz insanı anlamağa çalışın. Hisslərinizi etiraf etmək üçün münasib zamandır.
Oğlaq - asan gün deyil. Çətinliklər və problemlər var. Lakin ümidinizi itirməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq mümkündür. Əzm və iradəli şəkildə çalışın, qətiyyətli olun. Çoxsaylı planlar qurmayın. Diqqəti, sadəcə, bir işə yönəldin. Yalnız belədə uğur şanslarınızı artıra bilərsiniz.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla planlarınızı müzakirə etməyin, sirlərinizi paylaşmayın.
Yaxınlarınızla fikir ayrılığı, sevdiyiniz insanla münaqişə istisna deyil. Düzgün mövqe tutduğunuzu düşünürsünüz. Nəinki güzəştə getmək istəmir - hətta qarşı tərəfi dinləmək istəmirsiniz. Belə olmaz. Güzəştlərə meylli olsanız, münasibətləri yaxşılaşdıra bilərsiniz.
Dolça - günün ilk yarısı yetərincə uğurlu olacaq. Ən cəsarətli planları reallaşdırmaq olar. İşgüzar danışıqlar pis keçməyəcək. Potensial iş yeri sahibləri və sifarişçilərlə ünsiyyətdə diqqətli davranın. Təklifləri təhlil edin.
Qarşılaşdığınız insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Yorulacaqsınız, əhvalınız pisləşəcək. Səhhətinizi qoruyun, orqanizminizin qayğısına qalın.
Balıqlar - günün ilk yarısında diqqətli olun. Çoxları sizinlə manipulyasiya etməyə çalışırlar. Başqalarının maraqlarına xidmət etməyin. Belələrinin planlarının qarşısını almaq çətin olduğundan diplomatik davranın. Amma ifrata varmayın. Kompromislərə meylli hərəkətlərinizi zəiflik kimi qəbul edə bilərlər.
Günün ikinci yarısında bədxahlarla rəqiblərə sinə gərin. Onları sakitləşdirəndən sonra situasiya yaxşılaşmağa başlayacaq.
Saatlar keçdikcə vəziyyət sakitləşməyə başlayacaq. Axşam saatları dostlarla görüş, sizi narahat edən problemlərin müzakirəsi üçün əlverişlidir.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi