İcra başçısının müavininin qohumu polisə bıçaqla hücum edib! - Olay

img

16-07-2014 [23:02]


Masallı rayon icra başçısının müavini Nəsir Muxtarlının qohumu İlqar Eynullayev xidmət başında olan polis serjantının üstünə bıçaq çəkərək onu ağır şəkildə təhqir edib.

Bu barədə Masallıdan daxil olan məlumata görə bu gecə saat 00.30 radələrində Masallı rayonu Heydər Əliyev parkının yaxınlığında avtomobil qəzası baş verdiyindən yolun bir hissəsi bağlı olub. Bu zaman həmin ərazidə növbə çəkən Post Patrul Xidmətinin əməkdaşları avtomobil yolundan keçən "Prirora" markalı minik avtomobilinə yolun səmtini dəyişməyi xahiş ediblər. Lakin bu göstəriş "Prirora" markalı avtomobilin sürücüsünə xoş gəlməyib və o, PPX əməkdaşını söyərək yoluna davam edib.

Çox keçmədən "Prirora" markalı avtomobil Heydər Əliyev parkının qarşısında peyda olub. Sürücü Eynullayev İlqar Vüqar oğlu avtomobildən yerə düşərək əlindəki bıçaqla ərazidə xidmət aparan polis serjantı Həsənov Vüqara hücum çəkib və ona ağır söyüşlər söyüb. Polis serjantı Vüqar Həsənov hadisə ilə bağlı Masallı RPŞ-nə müraciyyət etsə də xuliqanlıq edən İlqar Eynullayev saxlanılmayıb və haqqında heç bir araşdırma aparılmayıb.

Məlumatda qeyd olunur ki, xuliqanlıq edən İlqar Eynullayev Masallı rayon icra başçısının müavini Nəsir Muxtarlının kəndlisi və yaxın qohumudur.

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…

pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA