Prezident İlham Əliyev ard-arda bir neçə sərəncam verdi

img

16-07-2014 [20:40]


Bu gün Prezident İlham Əliyev ard-arda bir neçə sərəncam verib.

Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan "ASAN xidmət”ə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

**** 

Azərbaycan prezidenti İlham Əliyev Tofiq Zeynalovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. T.Zeynalov Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.

**** 

Azərbaycan prezidenti İlham Əliyev Rasim Əliyevin "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. R.Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA