Bakıda şok olay: 18 yaşlı gənc 6 yaşlı uşağa təcavüz etdi

img

16-07-2014 [18:22]


Bu gün Nəsimi rayon Məhkəməsində azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 18 yaşlı Ayxan Hacıyevin məhkəməsi başlayıb. Teleqraf.com xəbər verir ki, Nəsimi rayonu ərazisində Ayxan Hacıyev 6 yaşlı Seymura (ad şərti verilib) qarşı əxlaqsız hərəkətlər edib. Azyaşlının təcavüzə məruz qalması ilə bağlı anası Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə şikayət edib. Ana bölməyə şikayətində bildirib ki, iyulun 5-də saat 21 radələrində Nəsimi rayonu Alı Mustafayev küçəsi 30 ünvanında onun oğlu Seymur 18 yaşlı Bakı sakini Ayxan Hacıyev tərəfindən təcavüzə məruz qalıb. Ananın şikayəti əsasında Ayxan Hacıyev həbs edilib. Ayxan Hacıyevə Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham olunub. Cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Hakim Babək Pənahovun sədrliyi ilə qapalı məhkəmə iclası başlayıb. Qapalı keçirilən prosesdə Ayxan Hacıyev ittihamları qəbul etməyib. O, azyaşlıya qarşı təcavüz etmədiyini açıqlayıb. Məhkəmə iclası iyulun 24-də davam edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA