Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

img

16-07-2014 [17:21]


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı aznews.az-a o özü verib. V.Əsədov bildirib ki, səhhətində yaranan problemlə əlaqədar Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Mərkəzi Hospitalında müalicə alır: "Hazırda sistem altındayam. Amma əvvəlki günlərə nisbətən xeyli yaxşılaşmışam. Amma buna baxmayaraq hospitalda müalicəmi davam etdirirəm”.

Hansı xəstəliyə görə müalicə almasına gəlincə, V.Əsədov bu barədə nədənsə heç bir söz deməyib: "Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə, həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA