Azərbaycanda təhlükəli xəstəlik yayıldı

img

16-07-2014 [15:15]


Cəlilabad rayonunda heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artıq vəziyyət o həddə çatıb ki, xəstəliyin daha da kütləvi hal almasının qarşını almaq məqsədi ilə rayonda hər bazar günü fəaliyyət göstərən mal bazarı da müvəqqəti olaraq bağlanıb.

Ən acınacaqlı vəziyyət isə Cəlilabadın Alar kəndindədir. Kənd sakinlərinin sözlərinə görə xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqları soyulma prosesi gedir.

Daha sonra hayvanlarının bədənlərinin müxtəlif nahiyyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Məlumata görə Kənddə Xəstəliyə tutulmuş xeyli sayda iribuynuzlu heyvanların tələf olduğu və müvafiq qurumlar tərəfindən heyvanların cəsədlərinin yandırıldığı deyilir.

Məsələ ilə bağlı Cəlilabad Baytarlıq idarəsinin rəisi Vidadi Əliyev xəstəliyin mənşəyi ilə bağlı dəqiq məlumatlar bəlli olana kimi açıqlama verə bilməyəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA