Ərdoğan Kazanda BRİKS-in toplantısında: "Bu alçaq hücum qətiyyətimizi daha da gücləndirdi"
24-10-2024 [13:49]
"“Bu alçaq hücum Türkiyənin terroru yox etmək əzmini daha da gücləndirib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan BRİKS Liderlər Zirvə toplantısında çıxışında deyib.
O, Ankarada dünən baş verən terror hadisəsini alçaq hücum sayıb.
Ərdoğan deyib: "Dəyərli dostum, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə qonaqpərvərliyinə və dəvətinə görə təşəkkür etmək və onu uğurlu ev sahibliyinə görə təbrik etmək istəyirəm. Yanvar ayından etibarən müddətli prezidentliyə başlayacaq braziliyalı dostlarımıza uğurlar arzulayıram.
Dünən Ankarada törədilən xain terror aktına görə başsağlığı verən bütün dostlarımıza həmrəyliklərinə görə təşəkkür edirəm. Bu alçaq hücum Türkiyənin terroru yox etmək əzmini daha da gücləndirdi. İqtisadiyyatdan təhlükəsizliyə, qlobal ədalətsizliklərdən iqlim dəyişikliyinə qədər hər sahədə təsiri hiss olunan ciddi problemlərlə qarşılaşırıq. Bu səbəbdən sammit üçün müəyyən edilmiş ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi mövzusunu son dərəcə məqsədəuyğun sayırıq. Bu məqamı incəliklə vurğulamaq istərdim. Ki, qüvvələr balansının dəyişdiyi bugünkü şəraitdə hazırkı siyasi və maliyyə mexanizmləri onlardan gözlənilənləri verə bilmir. Türkiyə olaraq belə bir mühitdə "Daha ədalətli bir dünya mümkündür". şüarı ilə hərəkət edirik. Biz çoxtərəfli platformalarda dostlarımızla bir araya gəlməyə və hamımızı narahat edən ümumi problemlərə sağlam düşüncə ilə həll yolları tapmağa əhəmiyyət veririk. Biz inanırıq ki, BRICS davamlı inkişafa böyük töhfəər verəcək.
Türkiyə Avropa Şurasından Türk Dövlətləri Təşkilatına qədər bir çox beynəlxalq təşkilatların, eləcə də İnkişaf etməkdə olan Səkkiz Ölkə, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional təşkilatların qurucu üzvüdür. Biz həm də G20 və Mikta-nın fəal üzvüyük. Afrika İttifaqı və ASEAN ilə tərəfdaşlığımızla yanaşı, Latın Amerikası və Karib hövzəsi Dövlətləri Birliyi ilə əməkdaşlıq mexanizmlərimiz gündən-günə təkmilləşir. Türkiyə olaraq, qarşılıqlı hörmət və qazan-qazan əsasında sıx əlaqələr qurduğumuz BRİKS ailəsi ilə dialoqumuzu davam etdirmək əzmindəyik".
Ərdoğan daha sonra İsrailin hücumlarından danışıb: "Fələstin xalqı Qəzzada soyqırımına məruz qalır. İsrail Livana hücum edərək vəhşiliklərini daha da irəli apardı. XXI əsrdə bu bəşəri faciəyə məhəl qoymamaq heç kimi məsuliyyətdən azad edə bilməz. 1967-ci il sərhədlərinə əsaslanan və paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması regionda daimi və ədalətli sülhün təmin edilməsi üçün zəruri şərtdir".
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi