Prezident açılış etdi

img

16-07-2014 [14:30]


Bu gün prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov burada görülən işlər barədə İlham Əliyevə məlumat verib. Qeyd edilib ki, stansiyada təlim məntəqəsi fəaliyyət göstərir. Məntəqədə bu ixtisas üzrə təhsil alan tələbələr, həmçinin bu sahənin mütəxəssisləri üçün müxtəlif təlim kurslarının keçirilməsi nəzərdə tutulur. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Bu isə stansiyasının daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açacaq.

İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Bu müddət ərzində stansiyanın müəyyən qurğuları və onun müxtəlif rejimlərdə, o cümlədən qəza rejimində fəaliyyəti yoxlanılıb.
Dövlətimizin başçısı stansiyasının idarəetmə mərkəzində oldu.

Sonra prezident kollektivlə xatirə şəkli çəkdirib. Görülən işlərlə tanış olan İ. Əliyev müvafiq tapşırıq və göstərişlərini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA