MSK yenidən formalaşdırılacaq - Partiya liderlərindən açıqlamalar
23-10-2024 [13:15]
2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur.
Mia.az-ın məliumatına görə, Yeni Azərbaycan Partiyasının 68, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.
Partiyasız şəxslər 44 mandat götürüb.
Parlamentin yenilənməsi Mərkəzi Seçki Komissiyasının (MSK) da yenidən formalaşdırılmasını diktə edir.
Məlumata görə, Prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin referendumların hazırlanmasına və keçirilməsinə məsul MSK-da 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyaların, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.
Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev, azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov, partiyasız deputatların nümayəndələri Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır. Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir. “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Məzahir Pənahov MSK-nın sədri postuna yenidən təyin ediləcək və dekabrda nəzərdə tutulan bələdiyyə seçkilərini də o keçirəcək. MSK-nın üzvlərinin isə tərkibində bəzi dəyişikliklərin olacağı deyilir. Bəzi üzvlər bu dəfə MSK-ya üzv təqdim edilməyəcək.
Parlamentdə yeni təmsilçilik qazanan partiyalar da yeni formalaşdırılacaq seçki komissiyalarında, xüsusən də MSK-da təmsil olunmaq istəyirlər.
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, yeni seçiləcək MSK-da rəhbərlik etdiyi partiyanın da olmasını arzulayır: “MSK-da işləyə biləcək layiqli nümayəndələrimiz var”.
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, yeni parlament formalaşıb: “Seçki komissiyaları yenidən formalaşdırılmayıb. Dekabr ayında isə bələdiyyə seçkiləri keçirilməlidir. Seçkiyə çox az müddət qalıb. Ona görə də görünən budur ki, dekabr ayına planlaşdırılan bələdiyyə seçkilərini də hazırda fəaliyyət göstərən MSK keçirəcək.
Bizdə olan məlumata görə, növbəti ilin fevral-mart aylarında seçki komissiyaları yenidən formalaşdırılacaq. İlkin olaraq Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq, sonra isə DSK və məntəqə seçki komissiyalarının formalaşdırılması gündəmdədir. Komissiyaların üçdə bir hissəsi parlamentdə azlıqda olan partiyalar tərəfindən təşkil olunacaq. Həmin üçdə bir hissə hesab edirəm ki, razılaşmalar və ya əvvəlki təcrübədən çıxış edərək püşkatma yolu ilə də müəyyən edilə bilər.
Milli İstiqlal Partiyası da yeni parlamentdə mandat qazandığı üçün seçki komissiyalarında təmsilçiliyi olmalıdır. Biz artıq komissiyalarda partiyamızdan kimlər təmsil oluna bilər deyə araşdırmalarımızı aparırıq. Yerli rayon təşkilatlarımıza da bildirmişik ki, DSK-lar və məntəqə seçki komissiyalarına namizədlərini müəyyənləşdirsinlər. Eləcə də MSK-da təmsil olunacağıqsa, partiyanı kimin təmsil edəcəyi ilə bağlı məsələləri partiyanın daxilində müzakirə edib müyyənləşdirmək istiqamətində işlərə start vermişik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi