Masallı icra hakimiyyəti xərac yığımına başlayıb, hər yerli icra nümayəndəsindən 2000 manat

img

16-07-2014 [11:45]


Masallıda yerli icra nümayəndələrindən 2000 manatdan pul yığılır. Ilik qəzetpulu adı altında toplanan bu məbləğin konkret olaraq mətbuat orqanlarına abunə olunub, olunmamasına sərf edilməsi isə sual altındadır.

Məlumatda deyilir ki, kənd İcra Nümayəndələri rəhbərlərinin yığımı və xərcləri bununla bitmir. Həmçinin bayramlarda şəhid ailələri və kasıblara 500 manat həcmində bazarlıq edilərək, verilməsi xərcləri də onların üzərindədir. Eyni zamanda, Masallıda keçirilən əksər dövlət tədbirlərinin maliyyələşməsi də onların üzərinə qoyulub.

İşin ən maraqlı tərəfi odur ki, yerli icra nümayəndələri başqa bir xərcə də düşürlər. Verilən məlumata görə, rayon icra başçısının aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlı Bakıda keçirilən yarmarkalarda icra nümayəndələrinin iştirakını zəruri və məcburi hesab edir. Amma bu yarmarkalara qatılmaq istəməyənlər də olur. Bu istəkdə olanların isə 30 manat vermələri şərtdir. Əks təqdirdə, onların imtina haqları əllərindən alınır(jam.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA