PUTİN BAKIYA NİYƏ GƏLMƏDİ? - Təhlil
21-10-2024 [15:52]
11-22 noyabrda Bakıda keçiriləcək COP29-da dünyanın onlarla ölkəsinin liderləri iştirak edəcəklərini təsdiqləyiblər. İştirakı təsdiqlənməyən şəxslərdən biri də Rusiya Prezidenti Vladimir Putindir.
BBC öz mənbələrinə istinadla Putinin Bakıya gəlməyəcəyi ilə bağlı məlumat yayıb. Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Putinin COP29 iqlim konfransında iştirakı ilə bağlı hələlik qərar qəbul edilməyib. Buna baxmayaraq, Peskov vurğulayıb ki, Rusiya tədbirdə mütləq təmsil olunacaq. Bu sürpriz şəxsin kim olacağı haqda müxtəlif versiyalar var.
V.Putinin COP29 tədbirində iştirak etməməsi rəsmən təsdiqlənməsə də, yüksək ehtimalla onu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin təmsil edəcək. Bununla belə, Putinin belə bir qərar verəcəyi gözlənilirdi.
Azərbaycan və Rusiya rəsmi səviyyədə müttəfiqdir. İki ölkə arasında çoxşaxəli münasibətlər var. Hazırda Cənubi Qafqazda Rusiyaya ən yaxın və etibarlı tərəfdaş məhz Azərbaycandır. Böyük ehtimalla bu təşəbbüs elə Putinin özündən gəlib.
Bütün hallarda Putinin Bakıya gəlməməsi doğru qərardır. Aydın məsələdir ki, gəlmək qərarı versəydi, bunun fəsadları olardı. Yəni başqa sözlə desək, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib. Son zamanlar xüsusilə ABŞ və Qərbdən Bakıya qarşı ciddi təzyiqlərin edildiyi hiss olunur. 60-a yaxın amerikalı konqresmen və senatorun ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət etməsi, həmçinin ABŞ-ın “Politico” nəşrinin COP29-la bağlı dərc etdiyi qərəzli məqalə də bunu bir daha təsdiqləyir.
Putin Bakıya gəlsəydi, Qərb bu təzyiqləri daha da artıra, hətta COP29-u boykot edə bilərdi. Görünür, Rusiya prezidenti bütün məsələləri nəzərə alıb və rəsmi Bakını çətin vəziyyətdə qoymamaq üçün belə qərar qəbul edib. Özü də bu qərar birdən-birə verilməyib. Belə ki, Rusiya prezidenti avqustun əvvəlində Bakıda olub və Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Bir neçə gün əvvəl isə iki lider Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Moskvada bir araya gəlib. Yəni ehtimal ki, bu iki görüşdə liderlər səfərin yarada biləcəyi neqativ halları geniş şəkildə müzakirə ediblər.
Bildirilir ki, Rusiya və Azərbaycan liderləri 22-24 oktyabr tarixində BRİKS toplantısı çərçivəsində bir araya gələcək. Bu, iki prezidentin son zamanlar baş tutan üçüncü görüşü olacaq. Güman ki, dövlət başçıları danışılası məsələləri bu görüşlərdə müzakirə ediblər.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi