Komitə sədrinin kürəkəni barədə şok iddialar yayıldı
20-10-2024 [21:52]
Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib.
Mia.az xəbər verir ki, bu barədə Globalinfo.az mötəbər mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, səfirlikdə hər il viza alverindən milyonlar vəsait mənimsənilir. Söhbət viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satmasından gedir. İl ərzində təxminən 5 min viza verilir ki, bu da yekunda 2-3 milyon dollar aralığında mənimsəmə olduğunu göstərir.
Viza alveri ilə məşğul olan “vasitəçi şirkət”in Azərbaycan Xarici İşlər Nazirliyindəki (XİN) rəhbər şəxslərdən birinə məxsus olduğu bildirilir. Şübhəsiz ki, belə milyonluq dövriyyəni təkcə səfirliyin həyata keçirməsi inandırıcı deyil. Prosesi Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov və XİN-də güclü mövqeyə malik “əlaqələndirici” aparır. Bu, XİN-də sabiq nazir müavini Nadir Hüseynovun ənənələrinin hələ də davam etdirildiyini göstərir.
Xatırladaq ki, məhz Nadir Hüseynovun da adı viza alverində hallanırdı. O, 2020-ci ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.
Sözügedən qanunsuzluğun İraqdakı səfirliyimizdə cərəyan etməsi olduqca təhlükəlidir. Sirr deyil ki, İraq terror təşkilatlarının, müxtəlif radikal cinayətkar qrupların aktiv fəaliyyət göstərdiyi ölkədir. Bunu nəzərə alanda 500 dollara viza satan Nəsir Məmmədovun hansı riskli işə qol qoyduğunu başa düşmək olur. Belə ki, ölkəmizdə təxribat törətmək istəyən şəxs İraqdakı səfirliyimizdən 500 dollara viza alaraq Azərbaycana gələ bilər. Bu baxımdan Azərbaycanın İraqdakı səfirliyində tüğyan edən korrupsiya hallarının həm də ölkənin təhlükəsizliyini təhdid etdiyini deyə bilərik. Vətənin sərhədi səfirliklərdə başlayır. Ancaq görünür, səfir Nəsir Məmmədov üçün bu sərhədin keçilməsinin qiyməti cəmi 500 dollardır.
Viza verilməsi prosesi hər detalı ilə araşdırılması gərəkən mövzudur. Bunu isə Prezident İlham Əliyev tərəfindən yaradılmış ASAN VİZA sistemi ilə həyata keçirmək daha məqsədəuyğundur.
Məlumat üçün bildirək ki, Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili kimi çalışıb. Ötən ilin avqustunda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu təyinat ölkədə kadr islahatlarının, gəncləşmə siyasətinin davamı kimi ictimaiyyətdə diqqət çəkib. Lakin görünür, səfir Nəsir Məmmədov bu etimaddan başqa cür istifadə etməyə çalışır.
Diqqət çəkən başqa məqam səfir N.Məmmədovun adı korrupsiyada hallanan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkəni olmasıdır.
Xatırladaq ki, Azərbaycanın İraqdakı səfirliyində cərəyan edən korrupsiya faktı ilk deyil. Belə ki, bir qədər əvvəl Qətərdəki səfirimiz Mahir Əliyevin də adı analoji məsələdə hallanmışdı. Hesablama Palatası və Maliyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində Qətərdəki səfirliyimizdə təxminən 300-400 min dollarlıq yeyinti aşkar olunmuşdu.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi