Ermənilərin əsir götürdüyü Kəlbəcərli kimdir?

img

15-07-2014 [23:26]


"Kəlbəcər qaçqını Dilqəm Əsgərov yazıq adamdır. Rayonu ermənilər işğal edəndən sonra Rusiyada işləməyə gedib”. 

Bu sözləri ANS PRESS-ə dünən Kəlbəcərdə tutulmuş azərbaycanlı Dilqəm Əsgərovun qohumları bildiriblər. Onların sözlərinə görə, Dilqəmin ən zəif yeri atasının Kəlbəcərdə qalmış qəbri olub. 

"Hər il bu vaxt Kəlbəcərə gedərək atasının qəbrini ziyarət edirdi. Bu il də Rusiyadan ona görə gəlmişdi. Hər dəfə ona deyərdik ki, getmə, ermənilər səni öldürər, bizi qulaq asmırdı. Sadəcə, bu il ermənilərə rast gəldi və tutuldu”,- deyə qohumları bildiriblər. 

Xatırladaq ki, ermənilər Kəlbəcər rayonunun ərazisində yaxınlarını qəbirlərini ziyarətə getmiş 3 nəfər azərbaycanlıya hücum ediblər. Onlardan biri öldürülüb, ikisi isə saxlanılıb. Ermənilər onların diversant olduğunu iddia edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA