15-07-2014 [22:26]
Bakının Xətai rayonundakı 171 saylı orta məktəbdə (Neapol küçəsi, 8 ünvanda yerləşir) Azərbaycanda indiyədək görünməyən hadisə baş verib.
Belə ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır.
Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.
Teymur Rzanın sözlərinə görə, məktəb direktoru müəllimlərin adına götürdüyü kreditləri ödəməkdən imtina edir: "Direktor müəllimlərin adına kredit götürməzdən əvvəl onlara vəd edib ki, hər ay banklara şəxsən özü ödəniş edəcək, beləliklə də müəllimlər heç bir maddi ziyana düşməyəcəklər. Buna görə də müəllimlər öz adlarına kredit götürüb həmin məbləği direktora verməyə razılaşıblar. Kredit götürülərkən məktəbin təsərrüfat hissə müdiri də zamin durub.
Lakin sonradan İradə Murğuzova banka heç bir ödəniş etməyib və müəllimlərə deyib ki, mən sizə işləmək üçün şərait yaratdığımdan kreditləri özünüz ödəməlisiniz. Nəticədə müəllimlərlə direktor arasında narazılıq yaranıb”.
Hüquq müdafiəçisi dedi ki, banka borcu yaranan müəllimlər bu borcları ödəmək üçün daha çox vaxtları qalsın deyə az dərs saatı götürməklə evdə repetitorluq etməyə, yəni uşaq hazırlaşdırmağa çalışırlar: "Müəllimlərin dediyinə görə, direktor onlara evdə uşaq hazırlaşdırmağı təklif edib. Deyib ki, az dərs saatı götürün, evdə uşaq hazırlaşdırıb pul qazanın, banklara olan borcunuzu bu yolla ödəyin”.
Teymur Rza məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət edib: "Artıq 10 gündür müraciət etmişəm, lakin nazirlikdən hələ də xəbər yoxdur. Məndən başqa iki müəllim də bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Belə güman edirəm ki, nazirlikdən bu məsələnin böyüməməsini istəyirlər. Buna görə də nazirin məsələdən xəbərdar olmasına mane olurlar. Bunları nəzərə alıb nazirə mətbuat vasitəsilə müraciət edərək 171 saylı məktəbdə baş verənlərin araşdırılmasını istəyirəm. Çünki ortada yüz minlərlə manatlıq problem var. Bu problem isə direktorun vədinə inanan müəllimlərin çiyninə qoyulub”.
T.Rza şikayətlərlə başlı məktəb direktoru İradə Murğuzova ilə görüşdüyünü də bildirdi: "Direktor dedi ki, ötən il məktəbdə yoxlama aparılıb. Buna görə də o, pula ehtiyacının olduğunu bildirdi. Aldadılmış və çarəsiz müəllimlər indi çıxış yolu axtarırlar”.
Səslənən bu iddialara aydınlıq gətirmək üçün 171 saylı məktəbə dəfələrlə telefon açsaq da zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, 171 saylı məktəblə bağlı mətbuatda mütəmadi tənqidi yazılar verilib. Belə ki, həmin yazılarda direktor sinif otaqlarının və ayaqyolunun təmiri üçün şagirdlərdən pul yığmaqda təqsirləndirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi