15-07-2014 [22:23]
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Prezidentin 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları Gömrük Məcəlləsinə uyğunlaşdırılsın. Bu məqsədlə Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 2, maddə 80, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 164 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Preambula üzrə: 1.1. birinci hissədə "idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi” sözlərindən sonra "Azərbaycanın Gömrük Məcəlləsi (bundan sonra - Gömrük Məcəlləsi), "Gömrük tarifi haqqında” ölkə Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla, o cümlədən” sözləri əlavə edilsin; 1.2. ikinci hissə ləğv edilsin.
2. 1.1-ci bənddə "şəxslər sərbəstdirlər” sözlərindən sonra ",Gömrük Məcəlləsində” sözləri əlavə edilsin.
3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: "1.2. İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.”.
4. 2 - 5-ci hissələr, 6.3-cü bənd, 9-cu və 10-cu hissələr, 14.4-сü bənd, 14.5.1-ci, 14.5.2-ci yarımbəndlər, 14.6-cı və 14.7-ci bəndlər ləğv edilsin.
5. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin: "6.1. İdxal olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.”.
6. 6.2-ci bənddə "dəyərlərinə nəzarət” sözləri "dəyərinin müəyyən edilməsinin düzgünlüyünə nəzarət Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.
7. 14.1-ci bənd aşağıdakı redaksiyada verilsin: "14.1. Malların gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytlarında yerləşdirilir”.
8. 14.9-cu bənddə "Azərbaycan Respublikasının” sözlərindən sonra "Prezidentinə,” sözü əlavə edilsin və "məlumat” sözü "xarici ticarətin gömrük statistikasının məlumatlarını” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
11. Bu Fərman 2014-cü il noyabrın 1-dən qüvvəyə minir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi