“Azəryolservis” çökən yola görə “Azərsu”nu günahlandırdı

img

15-07-2014 [14:51]


Bakının Babək prospektində yol çöküb.Trend xəbər verir ki, çökmə yolun altından keçən su kəmərlərindəki sızma nəticəsində baş verib.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev də Trend-ə bildirib ki, yolun çökməsi ərazidəki su xəttində baş vermiş qəza nəticəsində yaranıb. Lakin artıq problem aradan qaldırılıb: "Ərazidə təmir işlərinin aparılması üçün "Azərsu" ASC tərəfindən texniki şərt alınıb və yolun 35 kv.m hissəsində qazıntı işləri aparılıb. Artıq su xəttində olan problem aradan tam qaldırılıb. Texniki şərt alındığı üçün onlar yəqin ki, asfalt örtüyünü də bərpa edəcəklər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA