Azərbaycanda partiya sədrinin qohumunu güllələdilər

img

15-07-2014 [13:13]


Binəqədi rayon Polis İdarəsindən  verilən məlumata görə, iyul ayının 12-də gecə saat 04:00-da Biləcəri qəsəbəsində ölümlə nəticələnən dava baş verib.


1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. 

Samur Həsənov əvvəlcə Fərid Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu bıçaqlayıb(anspress).

Aktual.az xəbər verir ki, öldürülən Fərid Həsənov və yaralanan Şəhriyar Həsənov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yaxın qohumudur.

Partiya sədri Əli Əliyev Aktual.az-a açıqlamasında Həsənov qardaşlarının onun yaxın qohumu olduğunu təsdiqləyib. Partiya sədri geniş açıqlama vermək istəməyib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA