15-07-2014 [12:54]
Vasif Talıbovun göstərişi ilə əhalidən yığılan köhnə maşınlar NAZ-da əridilərək istifadə olunacaq; Naxçıvanda yeni marka avtomobil buraxılacaq.
Naxçıvanda buraxılış ili köhnə olan avtomobillərə qadağa qoyulub. Bu barədə göstəriş Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdan gəlib. Naxçıvan sakinlərindən verilən məlumatda deyilir ki, əvvəllər də Vasif Talıbovun belə bir qərarı olub. Taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan maşınlar və motosikletlər yığılıb. Sürücülərə kreditlə hissələri Çindən gətirilərək Naxçıvanda yığılan "Lifan” markalı avtomobillər satılıb.
Hər köhnə maşın gətirən 160 manat alır
Yerli sakinlərin bildirdiyinə görə, əhalidən yalnız ili 1985-ci ilə kimi olan maşınlar yığılır. Naxçıvan şəhərindəki avtomobil zavodunun həyətinə bir xeyli ili köhnə maşın gətirilib. Onların sözlərinə görə, NAZ-da köhnə maşınları qəbul edərkən sənədlərinə mütləq baxılır. Buraxılış ili 85-ci ilə kimidirsə 160 manat verilərək qəbul olunur. Məlumatda qeyd olunur ki, artıq Naxçıvanda bir neçə alverçi kənd-kənd gəzərək ili köhnə avtomobilləri əhalidən yığaraq zavoda satır. Bəziləri isə köhnə avtomobilin müqabilində kəndlilərə eşşək verir. Üstəlik, işlək vəziyyətdə olan maşınların şəhərə çıxmasına da qadağa qoyulub. Naxçıvan polisinə tapşırılıb ki, köhnə maşınları harada görsəniz saxlayıb, cərimə meydançasına aparın.
Vasif Talıbov zavodunu genişləndirir
Naxçıvan Ali Məclisinin sədrinin bu addımı atmasına səbəb isə NAZ-ın Çinin "Lifan” avtomobil zavodu ilə əməkdaşlığı dayandırmasıdır. Eyni zamanda Naxçıvandakı zavodda "Lifan” markalı avtomobillərin də buraxılışı dayandırılacaq. Zavod genişləndirildikdən sonra Naxçıvanda yeni marka avtomobillər istehsal olunacaq. Bunun üçün zavodun ərazisi 40 hektar daha artırılıb. Yeni ərazidə tikinti işlərinə başlanılıb. Eyni zamandan məşhur İtaliya avtomobil şirkəti olan "Fiat”ın dizaynerlərindən bir neçəsi NAZ-a dəvət olunub.
Məlumatda deyilir ki, NAZ-da "London taksiləri” də istehsal olunacaq. Bunun üçün İngiltərənin "TX4" avtomobil şirkəti ilə müqavilə bağlanacaq. İstehsal olunan avtomobillər həm Naxçıvan, həm Bakı, həm də digər rayonlara satılacaq.
Məlumat üçün qeyd edək ki, NAZ2006-cı ildə Gəncə avtomobil zavodunda istehsal olunan nəqliyyat vasitələrinin satışını təşkil etmək məqsədilə Naxçıvan şəhərində nümayəndəlik yaratmaqla fəaliyyət başlayıb. 2008-ci ildə zavod üçün yeni bina tikilərək istifadəyə verilib.
2009-cu ildə Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Naxçıvanda "Lifan” markalı minik avtomobillərinin yığımı təşkil olunub.
Hazırda Zavodda Almaniya, Belçika və İtaliyada hazırlanan son model avadanlıqlardan istifadə olunur. Zavodun ümumi sahəsi 2.6 ha təşkil edir. Bura 2472m2 sahəsində istehsal sexi, 720m2 sahəsində anbar, 2538m2 sahəsində dayanacaq meydanı, 500m2 əhatə edən sınaq meydançası və 450m2 sahəsində sərgi salonu daxildir. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir. Zavodda 100 nəfər yerli işçi çalışır. İstehsal çinli mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi