15-07-2014 [12:37]
İqbal Ağazadənin qardaşının zavodu ekologiyanı çirkləndirir.
Bu barədə axar.az-a Xətai rayon Həzi Aslanov qəsəbəsinin sakinləri adından şikayət məktubu göndərib. Məktubda zavodun ətraf ərazinin ekoloji mühitinə ciddi zərbə vurduğu deyilir: "Diqqətinizə çatdırmaq istərdik ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində yerləşən, Ağazadə İlqar Fehruz oğluna (millət vəkili İqbal Ağazadənin qardaşı) məxsus Beton Zavodu uzun müddətdir ekologiyanı çirkləndirib, bununla da əhalinin haqlı narazılığına səbəb olub. Belə ki, sözügedən qəsəbədə Əhmədli şossesinin 622-ci küçəsi ev 9-da yerləşən zavodun hasarından şösseyə qədərki ərazidə, uzunluğu təxminən 1000-1200, eni isə 25 metr olan yaşıllıq zolağına yük maşınları ilə istifadəyə yararsız tikinti materialları, məişət tullantıları, beton qalıqları və torpaq tökülüb, ərazi kortəbii şəkildə qapadılıb. Müxtəlif vaxtlarda məişət tullantılarının yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb, yanğınsöndürənlər yanğının ətraf ərazilərə keçməsinin qarşısını çətinliklə də olsa alıblar. Betonqarışdıran maşınların yuyulması nəticəsində ətrafa dağılan sement təbəqəsi isti və küləkli günlərdə şössedə nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur. Həmçinin zavodun yaxınlığında yerləşən yaşayış evləri və müəssisələrin iş mühitinə, ərazidə yerləşən bitki örtüyünə ciddi ziyan vurur. Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciət olunub. Lakin hələ də heç bir iş görülməyib. Sözügedən məsələnin ictimailəşməsinə və problemin həll olunmasına köməklik göstərməyinizi xahiş edirik”.
Qeyd edək ki, bu mətn və fotolar bütün media orqanlarına göndərilib. Şikayət ərizəsində diqqət çəkən "müxtəlif vaxtlarda məişət tullantılarının yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb, yanğınsöndürənlər yanğının ətraf ərazilərə keçməsinin qarşısını çətinliklə də olsa alıblar” və "betonqarışdıran maşınların yuyulması nəticəsində ətrafa dağılan sement təbəqəsi şössedə nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur” ifadələridir.
Beton Zavodunun ətrafa hansı məişət tullantıları yaydığı və betonqarışdıran maşınların şosse yolda yuyulmasının səbəbi təəssüf ki, göstərilməyib və bu da şikayət məktubunun mahiyyətini üzə çıxarır. Beton Zavodu ətrafa "qarşısı çətinliklə alınan yanğına səbəb olası” hansı məişət tullantısı ixrac edə bilər? Üstəlik, "yaşıllıq zolağına yük maşınları ilə istifadəyə yararsız tikinti materiallarının, məişət tullantılarının, beton qalıqları və torpaq tökülməsinin”, "ərazi kortəbii şəkildə qapadılmasının” nədəni də göstərilməyib. Beton Zavodu öz ətrafındakı yaşıllığın üzərinə niyə "tikinti materialları, məişət tullantıları, beton qalıqları və torpaq” tökməlidir? Sözügedən tullantılar Beton Zavodunun təyinatına uyğun gəlmir.
Fotolarda isə yeni tikililərin yüksək gərginlikli elektrik xəttinin altında ucaldıldığı daha aydın görünür.
Məsələyə millət vəkili İqbal Ağazadənin münasibətini öyrənməyə çalışırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi