Ramil Usubavdan kadr dəyişikliyi - TƏYINAT

img

15-07-2014 [11:37]


Daxili işlər naziri Ramil Usubov Xaçmaz Rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Polis şöbəsindən axar.az-a bildirilib ki, Ağstafa rayon polis rəisi Ədalət Abbasov Xaçmaz rayonuna polis rəisi göndərilib. Ə.Abbasovun əmrinin bu gün verildiyi, yeni vəzifəsində hələ fəaliyyətə başlamadığı da qeyd edilib.

Xatırladaq ki, ötən ay Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli Abşeron rayonuna polis rəisi göndərilmişdi.

Ədalət Tağı oğlu Abbasov 1963-cü ildə Tovuzun Şamlıx kəndində anadan olub. O, Ağstafa rayonunun polis rəisliyinə Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi vəzifəsindən gəlmişdi.

Qeyd edək ki, Şəhriyar Şəmşirli "Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun qardaşıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA