14-07-2014 [23:46]
Prezident İlham Əliyev bələdiyyə ərazi və torpaqları, həmçinin bələdiyyələrin birləşdirilməsi ilə bağlı iki
sərəncam, bir qanunu təsdiq edib.
Mia.az Prezidentin rəsmi saytına istinadən hər üç sərəncamı olduğu kimi təqdim edir:
****
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 978-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may
tarixli 978-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Bələdiyyələrin əraziləri və torpaqları
haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Bələdiyyələrin
əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə
edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin
edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
****
"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 977-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 977-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi
yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni
bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
****
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni
bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi,
ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci
maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Azərbaycan Respublikasında bələdiyyələrin
birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın:
1. Ağcabədi rayonu üzrə:
1) Mirzəhaqverdili və Yuxarı Qiyaməddinli bələdiyyələrinin əhatə etdiyi
Mirzəhaqverdili və Qiyaməddinli kəndlərində Yuxarı Qiyaməddinli bələdiyyəsi.
2. Ağdaş rayonu üzrə:
1) Ağzıbir və Pirəzə bələdiyyələrinin əhatə etdiyi Ağzıbir, Qaraoğlan və Pirəzə
kəndlərində Pirəzə bələdiyyəsi;
2) Aşağı Nemətabad və Qəribli bələdiyyələrinin əhatə etdiyi Aşağı Nemətabad,
Qəribli və Yenikənd kəndlərində Aşağı Nemətabad bələdiyyəsi;
3) Binələr və Güvəkənd bələdiyyələrinin əhatə etdiyi Binələr, Davudlu, Əmirarx
və Güvəkənd kəndlərində Güvəkənd bələdiyyəsi;
4) Birinci Aral və Xosrov bələdiyyələrinin əhatə etdiyi Birinci Aral, Xosrov,
İkinci Aral və Sadavat kəndlərində Xosrov bələdiyyəsi;
5) Cardam və Kotanarx bələdiyyələrinin əhatə etdiyi Cardam, Kotanarx və
Nehrəxəlil kəndlərində Kotanarx bələdiyyəsi;
6) Dəhnəxəlil və Yuxarı Ağcayazı bələdiyyələrinin əhatə etdiyi Türyançay
qəsəbəsində və Aşağı Ağcayazı, Dəhnəxəlil, Yuxarı Ağcayazı kəndlərində
Dəhnəxəlil bələdiyyəsi;
7) Eymur və Qaradeyin bələdiyyələrinin əhatə etdiyi Ağcaqovaq, Eymur, Ərəbşəki
və Qaradeyin kəndlərində Eymur bələdiyyəsi;
8) Ərəb və Kükəl bələdiyyələrinin əhatə etdiyi Ərəb, Hüşün və Kükəl kəndlərində
Kükəl bələdiyyəsi;
9) Ərəbocağı və Pirkəkə bələdiyyələrinin əhatə etdiyi Ərəbocağı və Pirkəkə
kəndlərində Pirkəkə bələdiyyəsi;
10) Korarx və Qolqəti bələdiyyələrinin əhatə etdiyi Cüvə, Korarx və Qolqəti
kəndlərində Qolqəti bələdiyyəsi;
11) Qarağan Şıxlar və Yuxarı Qəsil bələdiyyələrinin əhatə etdiyi Bulaqotağı,
Qarağan Sədi, Qarağan Şıxlar və Yuxarı Qəsil kəndlərində Yuxarı Qəsil
bələdiyyəsi;
12) Qoşaqovaq və Şəkili bələdiyyələrinin əhatə etdiyi Qoşaqovaq və Şəkili
kəndlərində Qoşaqovaq bələdiyyəsi;
13) Qulbəndə və Şordəhnə bələdiyyələrinin əhatə etdiyi Aşağı Qəsil, Bəylik,
Qulbəndə, Orta Qəsil və Şordəhnə kəndlərində Qulbəndə bələdiyyəsi;
14) Mürsəl və Şıxlı bələdiyyələrinin əhatə etdiyi Qarasuqumlaq, Mürsəl və Şıxlı
kəndlərində Mürsəl bələdiyyəsi;
15) Şəmsabad və Tofiqi bələdiyyələrinin əhatə etdiyi Əmirmahmud, Qarağan
Saatlı, Şəmsabad və Tofiqi kəndlərində Şəmsabad bələdiyyəsi.
3. Ağsu rayonu üzrə:
1) Gürcüvan və Yenilik bələdiyyələrinin əhatə etdiyi Elabad, Girdə, Gursulu,
Gürcüvan, Hinqar, Kəndaxan, Kövlüc, Yenikənd və Yenilik kəndlərində Gürcüvan
bələdiyyəsi.
4. Astara rayonu üzrə:
1) Kijəbə, Ojakəran və Tüləküvan bələdiyyələrinin əhatə etdiyi Kijəbə
qəsəbəsində və Burzubənd, Xıçaso, Noyabud, Ojakəran, Ovala, Sipiyaəlfətik,
Şəmətük, Tüləküvan, Vənəşikəş kəndlərində Kijəbə bələdiyyəsi;
2) Maşxan və Təngərüd bələdiyyələrinin əhatə etdiyi Maşxan və Təngərüd
kəndlərində Təngərüd bələdiyyəsi.
5. Balakən rayonu üzrə:
1) Gərəkli və Poştbinə bələdiyyələrinin əhatə etdiyi Çorçorbinə, Gərəkli,
Mazımçay və Poştbinə kəndlərində Gərəkli bələdiyyəsi;
2) Qasbinə və Mahamalar bələdiyyələrinin əhatə etdiyi Qaracabinə, Qasbinə,
Mahamalar və Solban kəndlərində Mahamalar bələdiyyəsi.
6. Bərdə rayonu üzrə:
1) Lənbəran və Təhlə bələdiyyələrinin əhatə etdiyi Lənbəran və Təhlə
kəndlərində Lənbəran bələdiyyəsi.
7. Füzuli rayonu üzrə:
1) 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li
Qayıdış bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li
Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrində 3 №-li Qayıdış
bələdiyyəsi;
2) 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li
Qayıdış və 11 №-li Qayıdış bələdiyyələrinin əhatə etdiyi 6 №-li Qayıdış, 7 №-li
Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış
qəsəbələrində 8 №-li Qayıdış bələdiyyəsi;
3) Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci
Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq
qəsəbələrində Zobucuq bələdiyyəsi.
8. Gədəbəy rayonu üzrə:
1) Arıqdam və Qaradağ bələdiyyələrinin əhatə etdiyi Arıqdam, Daşbulaq və
Qaradağ kəndlərində Arıqdam bələdiyyəsi;
2) Arıqıran və İnəkboğan bələdiyyələrinin əhatə etdiyi Arıqıran, Əyrivəng,
İnəkboğan, Kərimli, Köhnəqışlaq və Qasımlı kəndlərində Arıqıran bələdiyyəsi;
3) Böyük Qaramurad və Qaraməmmədli bələdiyyələrinin əhatə etdiyi Ataxal, Böyük
Qaramurad, Əmir, Hacıalılar, Heriknaz, Kələman, Kəsəmən, Qaraməmmədli,
Qızıltorpaq, Qozqaralı, Qurudərə, Poladlı və Toplar kəndlərində Qaraməmmədli
bələdiyyəsi;
4) Çalburun və Miskinli bələdiyyələrinin əhatə etdiyi Çalburun, Qalakənd,
Miskinli və Plankənd kəndlərində Miskinli bələdiyyəsi;
5) Dəyəqarabulaq və Düzyurd bələdiyyələrinin əhatə etdiyi Aytala,
Dəyəqarabulaq, Düzyurd, Günəşli və Musayal kəndlərində Düzyurd bələdiyyəsi;
6) Dəyirmandağ və Kiçik Qaramurad bələdiyyələrinin əhatə etdiyi Dəyirmandağ,
Hacıələkbərli, Kiçik Qaramurad, Köhnəkənd, Qarovultomba, Qurudərə, Leşkər,
Parakənd və Sarıköynək kəndlərində Kiçik Qaramurad bələdiyyəsi;
7) Düz Rəsullu və Şınıx bələdiyyələrinin əhatə etdiyi Bəydəmirli, Çay Rəsullu,
Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli,
Şınıx, Təkyemişan və Turşsu kəndlərində Düz Rəsullu bələdiyyəsi;
8) Ərtəpə və Söyüdlü bələdiyyələrinin əhatə etdiyi Ərtəpə, Pirbulaq, Soyuqbulaq
və Söyüdlü kəndlərində Söyüdlü bələdiyyəsi;
9) Gərgər və Şəkərbəy bələdiyyələrinin əhatə etdiyi Əmiraslanlı, Gərgər,
Gödəkdərə, Heydərli, Qarıkənd, Qasımağalı, Sarıhəsənli, Şəkərbəy, Yaqublu və
Yenikənd kəndlərində Gərgər bələdiyyəsi;
10) Xarxar və Zəhmətkənd bələdiyyələrinin əhatə etdiyi Xarxar, Qarabulaq və Zəhmətkənd
kəndlərində Zəhmətkənd bələdiyyəsi;
11) Novoivanovka və Şahdağ bələdiyyələrinin əhatə etdiyi Arabaçı, Çobankənd,
Novoivanovka, Şahdağ və Yenikənd kəndlərində Novoivanovka bələdiyyəsi.
9. Goranboy rayonu üzrə:
1) Aşağı Ağcakənd və Börü bələdiyyələrinin əhatə etdiyi Aşağı Ağcakənd, Yuxarı
Ağcakənd qəsəbələrində və Börü, Meşəli, Yuxarı Ballıqaya kəndlərində Aşağı
Ağcakənd bələdiyyəsi;
2) Əlirzalı və Xan Qərvənd bələdiyyələrinin əhatə etdiyi Əlirzalı və Xan
Qərvənd kəndlərində Xan Qərvənd bələdiyyəsi;
3) Mənəşli və Todan bələdiyyələrinin əhatə etdiyi Erkeç, Mənəşli və Todan
kəndlərində Todan bələdiyyəsi;
4) Sarov və Yəhərçi Qazaxlar bələdiyyələrinin əhatə etdiyi Sarov və Yəhərçi
Qazaxlar kəndlərində Sarov bələdiyyəsi.
10. Göygöl rayonu üzrə:
1) Tulallar və Zurnabad bələdiyyələrinin əhatə etdiyi Aşağı Zurnabad
qəsəbəsində və Gəncə, Tulallar, Zurnabad kəndlərində Zurnabad bələdiyyəsi.
11. Xaçmaz rayonu üzrə:
1) Bostançı və Dədəli bələdiyyələrinin əhatə etdiyi Bostançı, Dədəli,
Hacıabdurəhimoba, Kiçik Baraxum, Nağıoba, Palıdlı və Sibiroba kəndlərində
Bostançı bələdiyyəsi;
2) Susayqışlaq və Şollar bələdiyyələrinin əhatə etdiyi Çaxçaxlı, Maqsudkənd,
Pərdiqıran, Susayqışlaq və Şollar kəndlərində Susayqışlaq bələdiyyəsi.
12. Qax rayonu üzrə:
1) Əlibəyli və İngiloy Kötüklü bələdiyyələrinin əhatə etdiyi Əlibəyli, İbaxlı
və İngiloy Kötüklü kəndlərində Əlibəyli bələdiyyəsi;
2) Qaxbaş və Qax İngiloy bələdiyyələrinin əhatə etdiyi Bağtala, Xələftala,
Keşqutan, Kiçik Alatəmir, Qaxbaş, Qax İngiloy, Qımırlı və Uzuntala kəndlərində
Qaxbaş bələdiyyəsi.
13. Qəbələ rayonu üzrə:
1) Abrıx və Tikanlı bələdiyyələrinin əhatə etdiyi Abrıx, Dandıx və Tikanlı
kəndlərində Tikanlı bələdiyyəsi;
2) Bayramkoxalı və Mamaylı bələdiyyələrinin əhatə etdiyi Bayramkoxalı, Mamaylı
və Ovcullu kəndlərində Bayramkoxalı bələdiyyəsi;
3) Bılıx, Məlikli və Siləyli bələdiyyələrinin əhatə etdiyi Bılıx, Siləyli və
Məlikli kəndlərində Məlikli bələdiyyəsi;
4) Böyük Pirəli və Kiçik Pirəli bələdiyyələrinin əhatə etdiyi Böyük Pirəli və
Kiçik Pirəli kəndlərində Böyük Pirəli bələdiyyəsi;
5) Bunud, Həzrə və Məmmədağalı bələdiyyələrinin əhatə etdiyi Bunud, Həzrə və
Məmmədağalı kəndlərində Bunud bələdiyyəsi;
6) Cığatelli, Həmzəli və Xırxatala bələdiyyələrinin əhatə etdiyi Cığatelli,
Həmzəli və Xırxatala kəndlərində Cığatelli bələdiyyəsi;
7) Çarxana, Hacıalılı, Şamlı və Şəfili bələdiyyələrinin əhatə etdiyi Çarxana,
Hacıalılı, Şamlı və Şəfili kəndlərində Hacıalılı bələdiyyəsi;
8) Çuxur Qəbələ və Tövlə bələdiyyələrinin əhatə etdiyi Çuxur Qəbələ və Tövlə
kəndlərində Çuxur Qəbələ bələdiyyəsi;
9) Daşca və Zarağan bələdiyyələrinin əhatə etdiyi Daşca və Zarağan kəndlərində
Zarağan bələdiyyəsi;
10) Dizaxlı, Yeni Dizaxlı və Zirik bələdiyyələrinin əhatə etdiyi Dizaxlı,
Sarıhacallı, Yeni Dizaxlı və Zirik kəndlərində Yeni Dizaxlı bələdiyyəsi;
11) İmamlı və Mirzəbəyli bələdiyyələrinin əhatə etdiyi Corlu, İmamlı və
Mirzəbəyli kəndlərində Mirzəbəyli bələdiyyəsi;
12) Kiçik Əmili, Sırt Yengicə və Zalam bələdiyyələrinin əhatə etdiyi Kiçik
Əmili, Mollaşıxalı, Sırt Yengicə və Zalam kəndlərində Zalam bələdiyyəsi;
13) Kötüklü və Mıxlıqovaq bələdiyyələrinin əhatə etdiyi Kötüklü, Mıxlıqovaq və
Solquca kəndlərində Mıxlıqovaq bələdiyyəsi;
14) Kürd və Qaradeyin bələdiyyələrinin əhatə etdiyi Kürd və Qaradeyin
kəndlərində Kürd bələdiyyəsi;
15) Quşlar və Savalan bələdiyyələrinin əhatə etdiyi Bəyli, Quşlar və Savalan
kəndlərində Quşlar bələdiyyəsi;
16) Seyidqışlaq və Vəndam bələdiyyələrinin əhatə etdiyi Vəndam qəsəbəsində və
Seyidqışlaq kəndində Vəndam bələdiyyəsi;
17) Topbağ və Yenikənd bələdiyyələrinin əhatə etdiyi Topbağ və Yenikənd
kəndlərində Yenikənd bələdiyyəsi;
18) Tüntül və Yengicə bələdiyyələrinin əhatə etdiyi Tüntül və Yengicə
kəndlərində Tüntül bələdiyyəsi;
19) Uludaş və Yemişanlı bələdiyyələrinin əhatə etdiyi Uludaş və Yemişanlı
kəndlərində Yemişanlı bələdiyyəsi.
14. Quba rayonu üzrə:
1) Alekseyevka və İqrığ bələdiyyələrinin əhatə etdiyi Alekseyevka, İqrığ və
Qacar Zeyid kəndlərində Alekseyevka bələdiyyəsi;
2) Birinci Nügədi və Qaraçay bələdiyyələrinin əhatə etdiyi Qaraçay qəsəbəsində
və Birinci Nügədi, Mirzəqışlaq kəndlərində Birinci Nügədi bələdiyyəsi;
3) Buduq və Yalavanc bələdiyyələrinin əhatə etdiyi Buduq, Dağüstü, Yalavanc və
Zeyid kəndlərində Buduq bələdiyyəsi;
4) Dağlı-Qələdüz və Küpçal bələdiyyələrinin əhatə etdiyi Dağlı, Küpçal, Küsnət,
Qələdüz, Qımıl və Üçgün kəndlərində Küpçal-Dağlı bələdiyyəsi.
15. Neftçala rayonu üzrə:
1) Bankə, Kürkənd və Neftçala bələdiyyələrinin əhatə etdiyi Neftçala şəhərində,
Bankə qəsəbəsində və 2№-li Mayak və Kürkənd kəndlərində Neftçala bələdiyyəsi.
16. Samux rayonu üzrə:
1) Qaraarx və Qarayeri bələdiyyələrinin əhatə etdiyi Qaraarx, Qarayeri və
Yenibağ qəsəbələrində Qarayeri bələdiyyəsi;
2) Sarıqamış və Seyidlər bələdiyyələrinin əhatə etdiyi Qədili, Sarıqamış və
Seyidlər kəndlərində Seyidlər bələdiyyəsi.
17. Şamaxı rayonu üzrə:
1) Adnalı və Çarhan bələdiyyələrinin əhatə etdiyi Adnalı, Çarhan, Nüydi və
Sabirli kəndlərində Çarhan bələdiyyəsi;
2) Çuxuryurd və Məlhəm bələdiyyələrinin əhatə etdiyi Çuxuryurd, Əngəxaran və
Məlhəm kəndlərində Məlhəm bələdiyyəsi;
3) Həmyəli və İkinci Cabanı bələdiyyələrinin əhatə etdiyi Cabanı, Həmyəli,
İkinci Cabanı və İkinci Çaylı kəndlərində İkinci Cabanı bələdiyyəsi;
4) Kələxana və Şəhriyar bələdiyyələrinin əhatə etdiyi Şəhriyar qəsəbəsində və
Kələxana kəndində Şəhriyar bələdiyyəsi;
5) Kərkənc və Mədrəsə bələdiyyələrinin əhatə etdiyi Mədrəsə qəsəbəsində və
Kərkənc kəndində Mədrəsə bələdiyyəsi;
6) Mərzəndiyə və Sabir bələdiyyələrinin əhatə etdiyi Sabir qəsəbəsində və
Çıraqlı, Mərzəndiyə kəndlərində Sabir bələdiyyəsi;
7) Nağaraxana və Talışnuru bələdiyyələrinin əhatə etdiyi Nağaraxana və
Talışnuru kəndlərində Nağaraxana bələdiyyəsi;
8) Saqiyan və Şərədil bələdiyyələrinin əhatə etdiyi Saqiyan, Şərədil və Şirvan
kəndlərində Saqiyan bələdiyyəsi.
18. Şəmkir rayonu üzrə:
1) Çaykənd və Yeni Göyçə bələdiyyələrinin əhatə etdiyi Aşağı Çaykənd, Günəşli,
Qaraqoyunlu, Varlı Həyat, Yeni Göyçə və Yuxarı Çaykənd kəndlərində Yeni Göyçə
bələdiyyəsi;
2) Daşbulaq və İrmaşlı bələdiyyələrinin əhatə etdiyi Daşbulaq və İrmaşlı
kəndlərində İrmaşlı bələdiyyəsi;
3) Qaracəmirli və Talış bələdiyyələrinin əhatə etdiyi Qaracəmirli və Talış
kəndlərində Qaracəmirli bələdiyyəsi;
4) Qasımalılar və Şeidlər bələdiyyələrinin əhatə etdiyi Əhmədli, Göyməmmədli,
Qasımalılar və Şeidlər kəndlərində Qasımalılar bələdiyyəsi.
19. Tərtər rayonu üzrə:
1) Buruc və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Buruc, Güləbatlı, Sarıcalı
və Zolgəran kəndlərində Buruc bələdiyyəsi;
2) Xoruzlu və Kəbirli bələdiyyələrinin əhatə etdiyi Bayandurlu, Xoruzlu və
Kəbirli kəndlərində Xoruzlu bələdiyyəsi;
3) İrəvanlı və Soyulan bələdiyyələrinin əhatə etdiyi Hacallı, İrəvanlı, Qapanlı
və Soyulan kəndlərində Soyulan bələdiyyəsi;
4) Kəngərli və Qaradağlı bələdiyyələrinin əhatə etdiyi Kəngərli, Qaradağlı və
Təzəkənd kəndlərində Qaradağlı bələdiyyəsi.
20. Ucar rayonu üzrə:
1) Qaracallı və Pirkənd bələdiyyələrinin əhatə etdiyi Küçəkənd, Qaracallı və
Pirkənd kəndlərində Qaracallı bələdiyyəsi.
21. Zaqatala rayonu üzrə:
1) Faldarlı və Qandax bələdiyyələrinin əhatə etdiyi Faldarlı və Qandax
kəndlərində Qandax bələdiyyəsi;
2) Fındıqlı və Maqov bələdiyyələrinin əhatə etdiyi Abaəli, Fındıqlı, Höytala,
Maqov, Paşan, Vöhtala və Yolayrıc kəndlərində Maqov bələdiyyəsi;
3) Gözbarax və Mamrux bələdiyyələrinin əhatə etdiyi Cimcimax, Ələsgər, Gözbarax
və Mamrux kəndlərində Gözbarax bələdiyyəsi;
4) Kəpənəkçi və Yengiyan bələdiyyələrinin əhatə etdiyi Kəpənəkçi və Yengiyan
kəndlərində Yengiyan bələdiyyəsi;
5) Mazıx və Uzuntala bələdiyyələrinin əhatə etdiyi Beretbinə, Cicibinə,
Qəbizdərə, Mazıx və Uzuntala kəndlərində Mazıx bələdiyyəsi;
6) Muxax və Zəyəm bələdiyyələrinin əhatə etdiyi Muxax və Zəyəm kəndlərində
Muxax bələdiyyəsi.
Maddə 2. Bu Qanunun 1-ci maddəsinə əsasən birləşən bələdiyyələrin səlahiyyət
müddəti yeni yaradılan bələdiyyələrin birinci iclas günü başa çatır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi