"Neftçi"nin düşmənləri: onlar kimdir?
09-10-2024 [10:10]
Azərbaycan futbolunda dünyada analoqu olmayan mənfi proseslərə təəccüblənməyin.
"Neftçi"nin 12 ildir rəhbərliyinə gələnlər komandanın axırına çıxmağa çalışıblar. Ədalətsizliklər, şəxsi maraqlar, pula hərislik, qeyri-peşəkarlıq, bərbad idarəçilik, milyonların dağıdılması, uğursuzluqlar ortadadır. İndi də klubu dağıdan "qurdlar" daxildədir.
"Neftçi" ölü komandaya çevrilib, tarixində utanc vəziyyətinə düşüb, bu mövsümki kimi uğursuz çıxış etməyib: 9 tur, 5 xal, 0 qələbə, 9-cu yer.
"Neftçi"nin düşmənləri sapı özündən olan "baltalar"dır.
Komandanın bataqlığa düşməsinin, məhvə doğru aparılmasının əsas səbəbi klubda bəzi qruplaşmaların olmasıdır.
İdman müşaviri Kamil Məmmədovun dəstəsi zəif futbolçuları kluba sırımaqla uğursuzluğun əsas günahkarlarından sayılır. Roman Qriqorçuk komandaya gələndən sonra 11 futbolçunu yola saldı.
"Neftçi"nin faciəvi vəziyyətə düşməsində ukraynalı məşqçi də böyük məsuliyyət daşıyır. Qriqorçuk əməllərinin nəticəsində özünə quyu qazdırdı. Məsələ burasındadır ki, 59 yaşlı Roman onu bura gətirən direktor Zaur Əzizovla birləşib bəzi futbolçular transfer etdi, kobud səhvlərə yol verdi, yerli futbolçulara qənim kəsildi. Qriqorçuk təcrübəli azərbaycanlı futbolçuları da sıxışdırmağa başladı, hətta heyətdən kənar qoydu. "Neftçi"nin 6 il kapitanlıq sarğısını daşıyan Emin Mahmudova böyük haqsızlıq edildi. O, bəzən meydana buraxılmadı, ukraynalı məşqçi yalandan Eminin zədəli olduğunu da dedi. Bu azmış kimi Emin Mahmudovun kapitanlıq sarğısı əlindən alındı, Ramil Şeydayevə verildi. Qriqorçukun qəzəbinə tuş gələn digər futbolçu Qara Qarayev isə "qara siyahı"ya salınıb göndərildi. Rəhman Hacıyevlə Azər Salahlını da baş məşqçi sıxışdırdı.
Bütün bunların mənfi nəticəsi olaraq, "Neftçi"də parçalanma sürətləndi. Bəzi futbolçular baş məşqçi Roman Qriqorçukun addımını ədalətsiz qərar hesab edərək, ona qarşı çıxdı. Ukraynalı məşqçinin də gətirdiyi futbolçular heç bir işə yaramadı, meydanda süründülər. Bəzi oyunların qumara qoyulmasını da ehtimal etmək olar.
Roman Qriqorçukla Kamil Məmmədov və bəzi futbolçular arasında "soyuq müharibə" komandanı bataqlığa apardı. Çox güman ki, əksər oyunçular qəsdən zəif oynayaraq, baş məşqçiyə quyu qazdılar. Artıq "Neftçi" Qriqorçuku yola salacaq. Komanda elə vəziyyətə gətirildi ki, baş məşqçi özü istefa versin ki, böyük məbləğdə təzminat ödənməsin.
"Neftçi"nin rəhbərliyi klubu bərbad günə salanlardan biri, idman direktoru Yens Andersonu kənarlaşdırdı. İsveçliyə 1 il müddətində 1 milyon manat ödəndi və göndərilən zaman Azərbaycan klubu ona qiymətli xalça da hədiyyə etdi.
"Neftçi" azarkeşləri klub rəhbərliyinin, baş məşqçinin istefasını stadionlarda yox, yalnız sosial şəbəkələrdə tələb və orada futbolçuları tənqid edirlər.
Kamil Məmmədov baş məşqçi vəzifəsinə Samir Abasovu gətirməkdə israrlıdır. "Sumqayıt" 8-ci turda "Neftçi"dən xal qoparanda Məmmədovun Abasovla danışığa başlamasını videogörüntüyə almışdıq.
"Neftçi"nin yeni baş icraçı direktoru Cenk Sümərin də fəaliyyətində mənfi hallar var. Onun gəlişindən sonra akademiya direktoru Cemal Bülbül azərbaycanlı mütəxəssisləri sıxışdırmağa başlayıb.
"Beşiktaş"ın keçmiş işçisi Cenk Sümer istəyir ki, əsas komandayla aşağı yaş qrupunda kollektivlərə türkiyəli məşqçiləri gətirsin.
"Neftçi"nin media koordinatoru, mühafizəçiləri də düzgün çalışmalıdır, mətbuat nümayəndələrinə hörmətsizlik etməməlidir.
Anar Cəfərsoy
https://supersport.az/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi