14-07-2014 [20:38]
2014-cü il Dövlət Neft Şirkətinin (ARDNŞ) işçiləri üçün asan keçməyəcək. Ekspertlərin proqnozuna görə, şirkətin ötən ilin sonlarından başlatdığı ixtisarlar bu il, daha geniş miqyasda davam etdiriləcək. Hətta qısa müddətdə 20 minə yaxın şəxsin işdən çıxarılacağı da istisna olunmur. Ən pisi isə odur ki, ixtisara düşən işçilərə təzminat verilmir və onların qısa zaman ərzində iş tapmaları müşkil məsələyə çevrilir. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Reytinq"ə müsahibəsində deyib ki, ARDNŞ-də ixtisarların olacağını ötən ildən proqnozlaşdırırdıq:
- İxtisarların nə qədər işçini əhatə edəcəyi, struktur dəyişikliyinə məruz qalacaq idarələrdəki işçilərin hansı qisminin işlə təmin olunacağından asılıdır. Amma artıq indidən demək olar ki, ARDNŞ-in imkanları nəzərə alınarsa, ixtisarlara məruz qalacaq şəxslərin əksəriyyəti işlə təmin olunmayacaq.
Bizim təşkilat da ixtisar məsələsini diqqətdə saxlayır. Üzümüzə gələn həftə altı aylıq hesabatımızı təqdim edəcəyik. Hesabatda baş verənlər, qeydə alınan qanun pozuntuları və digər məqamlar yer alıb.
Məlumata görə, ARDNŞ-də guya struktur dəyişikliyi aparılır. Bu, çox gülməlidir. Çünki adətən, bu sahədə struktur dəyişikliyi olarkən, buna Nazirlər Kabineti, ya da Yanacaq və Energetika Nazirliyi göstəriş verir. ARDNŞ rəhbərliyi isə struktur dəyişikliyi üçün aşağı orqanlara göstəriş verib. Onlar da hansı şöbəni istəyirlərsə, onu ləğv edir, hansı işçini istəyirlərsə, onu işdən çıxarırlar. Birinci növbədə təqaüdçüləri işdən kənarlaşdırırlar. Amma təkcə təqaüdçülər deyil, digər yaş kateqoriyasında olan insanları da işdən çıxarır-lar.
Hazırda ən böyük işdənçıxarma Xəzər Dəniz Neft-Qazma Trestindədir. Əsasən bölgələrdə, xüsusən də Şirvan şəhərində işdənçıxarma kütləvi xarakter alıb.
Təəssüf ki, bu struktur islahatı nəticəsində xeyli adam işsiz qalacaq. Mən təəssüflə qeyd edirəm ki, minlərlə insanın ixtisarı proqnozlaşdırılır. Kaş mənim proqnozum özünü doğrultmasın, amma Dövlət Neft Şirkətinin qarşıya qoyduğu islahatlar nəticəsində, ümumilikdə şirkətdə 20-30 min civarında insan qalmalıdır. Bu isə on minlərlə insanın işsiz qalması deməkdir. Ona görə də aparılan islahatlar bizi qane eləmir. Xüsusən də "Azəriqaz"da aparılan islahatlar reallığa uyğun deyil. Bu sektordakı islahatın gedişatı Azər-baycanda aparılan qazlaşmaya, qaz təsərrüfatının formalaşdırılmasına uyğun gəlmir. Yəni, belə uyğun-suz formada aparılan islahat nəticəsində çoxlu insan işsiz qalacaq. Belə demək mümkündürsə, camaatı kor-koranə şəkildə işdən çıxarıb taleyin ümidinə buraxırlar.
İşdən məcburi çıxarılmaları "ixtisaraparma" adı altında edirlər. İşçilərə ərizə yazmaq üçün təzyiqlər göstərirlər. Hər gün bizim ofisə minimum 20-30 nəfər müraciət edir. Camaat kimə və hara müraciət etmək lazım olduğunu da bilmir. Heç kim, hətta həmkarlar təşkilatları da onlara köməklik göstərmir. Ölkədə kütləvi şəkildə işsizlik yaranmaqdadır.
- Mirvari xanım, ixtisara düşən insanların ailələri, onların bundan sonrakı həyatı, sosial qayğıları nəzərə alınmır?
- Elə mən də bu məsələyə gəlirdim. İslahat vacibdir, xüsusən də neft sənayesində olduqca əhəmiyyətlidir. Ona görə ki, son bir neçə ildə ARDNŞ-in hasilatı ciddi şəkildə aşağı düşür. Eyni zamanda, digər neft şirkətlərinin fəaliyyətində də zəifləmə var. Ümumiyyətlə, ölkə üzrə neft istehsalı azalır. Bu səbəbdən də islahatlar aparılmalıdır. Amma bu şəkildə yox. Hazırda islahat adı altında həyata keçirilən yanlış ixtisar siyasəti qanunvericiliyin pozulması, mütəxəssislərin işdən uzaqlaşdırılması, qohum-əqrəbanın işdə saxlanması kimi mənfi tendensiyalarla müşahidə olunur. Heç kim insanları ARDNŞ-ə yükləməyi tələb etmir, amma hər şeyin bir ədalətli yolu olmalıdır. İslahat aparırsansa, ona paralel olaraq, yeni iş yerləri açmalı-san ki, ixtisara düşənlər orda çalışıb, evlərinə bir tikə çörək apara bilsinlər.
Əvvəllər ekspertlər hesab edirdilər ki, Azərbaycanda istehsal olunan məhsulun bir hissəsi xam neft kimi ölkədə saxlanılmalıdır. Bu, neft emalının, neft cihazqayırma və maşınqayırmasının inkişafına təkan verə bilərdi. Amma gördüyünüz kimi, xam neft tamamilə xaricə gedir. Azərbaycanda istehsal olunan neftin demək olar ki, çox cüzi hissəsi, 5-6 milyonu ölkədə saxlanılır. Mən bilmirəm, o boyda neftayırma, neft-kimya zavodları kimin üçün və nəyə görə tikilir? Orda hansı neftdən xammal kimi istifadə olunacaq? Yəqin ki, Azərbaycan bir müddətdən sonra kənardan neft almağa məcbur olacaq. Bu, hələ məsələnin tex-niki tərəfidir. İslahatların sosial tərəfi var ki, o da çox ciddi fəsadlar yaradıb.
- Minlərlə işçi ixtisara düşür və böyük işsiz ordusu yaranır. İşsiz neftçilərin hüquqlarının müdafiəsi istiqa-mətində daha hansı addımlar atmağı planlaşdırırsınız?
- Sözsüz ki, bu sahə mənim üçün doğmadır. Mənim bütün ömrüm orda keçib. Rəhmətlik həyat yoldaşım da bu sahənin adamı olub. Bir sözlə, bu sahə mənə çox yaxındır və ona görə də neftçilərin problemlərini öz problemim kimi qəbul edirəm. Əgər bu gün minlərlə neftçi işsiz qalırsa, evlərinə bir tikə çörək-pulu apara bilmirlərsə, bundan hər kəs narahat olmalıdır. Bunun üçün ölkədə kompleks tədbirlər həya-ta keçirmək lazımdır. Sahibkarlığın inkişafı üçün lazımi şərait olmalıdır ki, daha çox iş yeri açılsın, insanlar rahatlıqla iş tapa bilsinlər. Çox təəssüf ki, ölkədə yoxsulluğun aradan qaldırılması istiqamətində heç bir addım atılmır. Bunlar başa düşmürlər ki, iş yerləri hər bir insan, hər bir seçici üçün böyük şəbəkədir. On-lar işlərini itirdikdə isə şəbəkədə qırılmalar baş verir.
Biz QHT olaraq, zərərçəkənlərin yanında olmağa çalışırıq. Təkcə bu yarım ildə 47 məsələ ilə bağlı ayrı-ayrı məhkəmə işimiz olub. Onun 50 faizində uduşumuz olub, qalanları davam edir. Burda təəssüfləndirici bir məsələ var ki, insanlar haqqını tələb etməkdə maraqlı görünmürlər. Bizə o vaxt müraciət edirlər ki, artıq müdaxilə eləmək üçün gec olur. Hara, necə şikayət etmək lazımdır, onu bilmir, yaxud da maarifləndirmədən yayınırlar.
- Normal ölkələrdə işdən çıxarılan şəxsə təzminat verilir. ARDNŞ-də necə, bu məsələ həll olunurmu?
- Təbii ki, bu məsələdə də kifayət qədər problemlər var. Əvvəl dedilər ki, işdən çıxarılanlar müvafiq işlə təmin olunacaqlar. Sonra isə beşaylıq kompensasiya məsələsi gündəmə gəldi. Ancaq bu, işsizlik probleminin həlli hesab edilə bilməz.
İxtisara düşən insanların arasında orta yaş həddi çoxluq təşkil edir. Xüsusən də qadınlar pis vəziyyətə düşüblər. Çünki, əsasən 25-30 yaşlı qadınları işə götürürlər. İndi minlərlə orta yaşlı insan işsiz qalır və onların iş tapması çox müşkil məsələdir.
Təzminat da məsələni həll eləmir. İnsana beşaylıq maaşın verəndə, həyatında dəyişiklik olmayacaq.
- Ümumiyyətlə, beşaylıq maaşı təzminat kimi verirlərmi?
- Xeyr. Heç onu da vermirlər. Bir ara həvəsə gəldilər, vermək istədilər ki, bəlkə adamlar özləri ərizə yazıb çıxsınlar. Gördülər ki, sərf eləmir, indi onu da vermirlər.
- Hakimiyyət mənsubları dövlətin sosial siyasətindən ağızdolusu danışırlar. ARDNŞ isə dövlət şirkəti olsa da, insanları sosial problemlər girdabına sürükləyir...
- Biz də bunu deyirik. Amma təəssüf ki, Azərbaycanda hökumət QHT-ləri özünə düşmən sayır. Dövlət qurumları ancaq hökumətyönlü QHT-lərin təkliflərini qəbul edir. Amma ən bacarıqlı, səriştəli insanlar müstəqil QHT-lərdə cəmləşiblər.
Bizdə bu və ya digər sahələr üzrə ixtisaslaşmış QHT-lər var ki, onlar yaxşı təhlillər irəli sürmək potensialına malikdirlər. Bizim təşkilat on ildir bəyan edir ki, ARDNŞ müstəqil biznes qurumuna çerilməli, hasilatı artırmalı və bununla da iş yerlərinin sayını çoxaltmalıdır, ancaq bu istiqəmətdə tərpəniş yoxdur.
Bu gün ölkə iki təbəqəyə ayrılıb. Bu yaxınlarda bizə məlumat daxil olub ki, şirkətlərin birində tibbi sığorta və digər məsələlərdə ayrı-seçkilik edilir. Hazırda faktı araşdırdığıma görə şirkətin adın hələlik demirəm. Yəni, bu cür münasibətlər də var. Belə demək mümkündürsə, Azərbaycanda dövlət kasıbın qeydi-nə qalmır. Ölkədə zəngin adamlar üçün, milyardlar qazananlar üçün hər cür şərait var. Kasıb təbəqə isə tamamilə ağır durumdadır, təqaüdçülər zülmlə dolanır. İstərdim ki, bir Robin Qud tapılaydı, haram yolla qazanılan milyonları varlılardan alıb, kasıblara paylayaydı. Düzdür, mənim bu təklifim qeyri-qanunidir, amma vəziyyət həqiqətən ağırdır. Hər halda, hökumət bu istiqamətdə ciddi düşünməlidir. İlk növbədə, əmək haqları, təqaüdlər artırıla, sosial dəstək layihələri həyta keçirilə bilər.
Xaricdə pensiyaya çıxan adamlar daha yaxşı yaşamağa başlayırlar, çünki sosial təminatları çox yüksəkdir. Amma bizdə adamlar pensiyaya çıxanda sanki ölməyə hazırlaşırlar, çünki aldıqları təqaüd çox aşağıdır. Bizdə orta və yaşlı nəslin nümayəndələri işdən çıxarılanda əzab çəkən gözlərinə baxa bilmirəm. Onlar işdən çıxandan sonra nə ilə dolanacaqlar? Mən özüm də o təbəqənin içindən çıxmışam və nə qədər ağır durumda olduqlarını bilirəm.
- Mirvari xanım, bir müddət öncə qadınlar Sizə müraciət etmişdilər ki, işlədikləri neft şirkətinin rəhbərliyi tərəfindən cinsi təhrikə məruz qalıblar. Onların məsələsi nə yerdə qaldı?
- Ötən il 12 nəfər bizə müracitə etmişdi. Onlardan 7 nəfərinin Dövlət Neft Şirkətində işlə təmin olunması həllini tapdı.
Onu da qeyd edim ki, o məsələdə Rövnəq müəllim alicənablıq elədi, yaxşı bir görüş təşkil olundu, onla-rın hər bir iradı, narazılığı dinlənildi və problem həllini 70 faiz tapdı. Bunun özü böyük bir şeydir.
Bir müddət öncə Hacıqabulda, "Azəriqaz"da da belə bir münasibət olmuşdu. Qanunvericilikdə təsbit olunub ki, adi bir söz atmaq, əxlaqsız söz demək də cinsi təhrikdir. Çox təəssüf ki, bu gün heç bir yerdə qanunlara məhəl qoyan yoxdur. Kasıb varlıdan, işçi işəgötürəndən asılı vəziyyətə düşür. Əksər vaxtlarda işəgötürən kişi olduğundan, imkanları yaxşı olduğu üçün məhkəmə də onların tərəfini saxlayır.
- Belə çıxır ki, cinsi təhrik edən müəssisə rəhbərlərinin imkan və səlahiyyətləri var deyə, törətdikləri əməllərə görə cavab vermirlər?
- Bəli. Qanunları pozan, qadınlara əxlaqsız təkliflər edən, işçinin haqqını tapdayan məmurlara gözün üstə qaşın var, deyən yoxdur. Son dövrlər baş verənlər və ondan sonrakı proseslər də göstərir ki, o adamlar cəzasız qalırlar.
- Başqa bir məsələyə də toxunmaq istərdim. Son dövrlər Sizə və qızınız, hüquq müdafiəçisi Mətanət Əzizovaya qarşı müəyyən təzyiqlər oldu. Bu barədə nə deyə bilərsiniz?
- Təzyiq eləmirlər ey, dədəmi yandırırlar. Mən ömrü boyu təzyiq görmüşəm, amma doğru bildiyim yolda yürümüşəm. İnsanın ailəsinə, övladına, əzizlərinə qarşı təzyiq olanda, daha ağrılı olur. İndi bunlar da insanı ən zəif yerindən vurmağa çalışırlar.
Ancaq bu təzyiq və təpkilər bütün vətəndaş cəmiyyəti nümayəndələrinə aid deyil. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti sektorunda da ayrı-seçkilik var. Bu isə Azərbaycanda demokratiyanın inkişafına kəskin şəkildə mane olur. Bu dəqiqə müstəqil QHT-lər blokadadadır. Bizə partizanlar lazımdır ki, müstəqil QHT-ləri bu blokadadan çıxarsın. Mənim də, digər müstəqil və bunlarla anlaşmaya getməyən QHT-lərin hesabına həbs qoyulub. Amma deyəsən, mənim təqaüd kartıma həbs qoymağı yaddan çıxarıblar.
- Belə vəziyyətdən çıxmaq üçün nə etmək olar? Hər hansı təklifiniz varmı?
- Sadəcə olaraq, mövqeyini qoruyub saxlamalısan. Təzyiq var deyə, haqlı mövqeyindən geri çəkilməli deyilsən ki? Mən istəyirəm ki, Azərbaycanın imicinə heç vaxt ziyan dəyməsin. Hakimiyyət də, məmurlar da, biz də gəldi-gedərik, amma Azərbaycan hər zaman qalacaq. Gərək hakimiyyət də yanlış yoldan çəkinsin. Müstəqil mövqeyinə görə insanların təqib olunması yanlışdır. Dünya ictimaiyyəti bu cür hallara görə Azərbaycan haqda mənfi düşüncəyə sahib olur. Mənə elə gəlir ki, hər kəsdən öncə hakimiyyətdəkilər bu barədə düşünməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi