Ailə üzvlərini öldürən Əhmədin qandonduran ifadəsi elan olunub: "Əvvəl atamı öldürmək qərarına gəldim..."
08-10-2024 [16:26]
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesə media nümayəndələri buraxılmayıb.
Təqsirləndirilən şəxsin vəkili bildirib ki, prosesdə Əhməd Əhmədovun ifadəsi elan olunub.
Əhməd Əhmədov istintaqa verdiyi ifadəsində Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşadığını bildirib.
O, bacısı Elmira Əhmədovanın dəfələrlə ailəsinə problemlər yaratdığı üçün, evdə olan narazılıqlardan ötrü ona ayrı ev aldıqlarını bildirib. Tək yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi işləyib.
İstintaqda hadisə günü ilə bağlı danışan Əhməd Əhmədov qeyd edib ki, səhər saat 10 radələrində atası Mehmanla birlikdə evlərinə gəliblər. Atası mətbəxdə səhər yeməyi hazırlamağa başlayıb. Həmin vaxt Əhməd Əhmədov atasını öldürmək qərarına gəldiyini deyib: "Mətbəxdən həmin vaxt bıçağı götürdüm. Atama qəflətən zərbələr vurmağa başladım. Atam həmin vaxt yerə yıxıldı. Həmin vaxt bıçağı və maşının açarını götürüb evdən çıxdım".
Əhməd Əhmədov daha sonra bacısının yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getdiyini deyib:
"Binaya qalxıb, qapını döydüm. Elmira qapını açan kimi bıçaqla ona zərbələr vurdum. Elmira yıxıldı, bu zaman onun qızı Ülviyyə ağlamağa başladı, ona da zərbələr vuran zaman əlindəki bıçaq qırıldı. Mətbəxdən başqa bıçaq götürürək Ülviyyəni də öldürdüm. İki bıçağı da orada qoyaraq oradan çıxaraq ata evimə qayıtdım".
Əhməd Əhmədov deyib ki, avtomobili binanın həyətində saxlayıb və məhlədə olan marketdən siqaret almaq istəyib:
"Əlim qan olduğu üçün siqaret vermədilər. Həmin vaxt anam Pikə və qardaşım Məhəmmədin evə tərəf getdiyini gördüm. Anam məni görən kimi “çıx get bəsdir, ailəmizi çox incidirsən” dedi. Bu sözləri mənə təsir etdi. Həyətdə yerləşən 1001 xırdavat mağazasına girib 20 manata balta aldım və onların arxasınca binaya tərəf getdim. Liftlə qalxdım. Anamgil yuxarı qalxanda balta ilə ona zərbələr vurmağa başladım.
Bu zaman arxadan qonşu qadın anamı niyə vurduğumu soruşanda ona “bas bayıra” deyərək qışqırdım. Anamı öldürəndən sonra qardaşım Məhəmmədi də baltalayaraq qətlə yetirdim. Daha sonra evə girərək baltanı gizlətdim və paltarımı dəyişərək evdən çıxdım. Marketin qabağında polis tərəfindən saxlanıldım".
İstintaqda verilən suallara cavab verən Əhməd Əhmədov qeyd edib ki, atası Mehman, anası Pikə və bacısı Elmiranın onu ailənin övladı kimi saymayıblar, ona diqqət göstərməyiblər:
"Məndən ayrı yaşamaq istədikləri üçün ailə üzvlərimə qarşı böyük nifrət yaranmışdı. Qardaşım Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynlərim kimi olacaqları üçün hər birini öldürdüm. Bundan rahatlıq tapdım. Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir".
Vəkilin sözlərinə görə, növbəti məhkəmə iclası bu həfətənin dördüncü gününə təyin olunub.
O bildirib ki, zərərçəkmiş tərəfin təhlükəsizliyi ilə bağlı prosesə media nümayəndələrinin buraxılmaması barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası bu ayın 10-na təyin olunub.
Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham irəli sürülüb(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi